“Bölgədə Taliban ilə İŞİD-i bir birinə düşmən kimi göstərilmələri tamamilə bir oyundur” - Həmidullah Rızazadə

17.09.2015 12:22     Müsahibə     3190

2001-ci ilin sonunda Taliban rejiminin devrilməsindən sonra Əfqanıstanda sülh və sabitliyin yenidən qurulması sanki qeyri-mümkün kimi görünürdü. Əfqanıstan iyirmi ildən uzun bir müddətdir müharibə içindədir, dünyanın ən çox minalanmış ərazilərinə sahibdir. Yaxşı, bu ölkədə son vəziyyət necədir? Bu ölkədəki problemləri, Türklərin həyat tərzlərini Əfqanıstan - Türkiyə əlaqələrində mütəxəssis olan Həmidullah Rızazadə ilə danışdıq.

-Əfqanıstanda ümumi olaraq hazırda vəziyyət necədir?

-Əfqanıstanın ümumi vəziyyətinə üç baxımdan baxmaq və bu vəziyyətləri daxili və xarici faktorlar baxımından araşdırmaq lazımdır. İlk başda iqtisadi baxımdan qiymətləndirmək xeyli əhəmiyyətli ünsürdür. Çünki 2001-ci ildən sonra Əfqanıstanda başlayan sülh prosesi ilə birlikdə ölkə az olsa da bir rifah və iqtisadi sabitliyə qovuşmuşdur. Lakin son zamanlarda xüsusilə xarici qüvvələrin  regiondan ayrılmaları ilə bağlı danışılan sözlərdən sonra həm yerli, həm də xarici investorlar Əfqanıstanı tərk etməyə başladılar.

İkincisi hərbi baxımdan; ordunun içində xarici əsgərlərin olduqca təsirli olduqları görmək mümkündür. Çox gözəl təhsil verilir, lakin təchizat (silah, təyyarə, top, tank qısacası hərbi material) baxımından inkişaf demək olar ki, yoxdur. Bundan başqa, xarici dövlətlərin xüsusilə Pakistanın müdaxiləsi ilə bölgədə İŞİD və Taliban ortaya çıxaraq hər gün əsgərlərinin başlarını kəsərək geri evlərinə yollamaları ordunun psixologiyasına olduqca mənfi təsir etmiş, ordunu mənəvi baxımdan çökdürmüştür. Dolayısı ilə hərbi baxımdan da son zamanlarda yaxşı olduğunu söyləmək çətindir.

Son olaraq siyasi baxımından isə; bölgə dövlətlərin təhlükəsizlik  təşkilatları Əfqanıstanın daxili işlərinə qarışaraq öz adamlarını kilid və əhəmiyyətli vəzifələrə yerləşdiriblər və hələ də yerləşdirilirlər. Siyasi baxımdan tamamilə xaricə bağlı olan bir ölkə halına gəlib. Xarici qüvvələrin istədikləri kimi hərəkət etmələri və qərarlar qəbul etmələri xüsusilə qanunvericilik, icra və məhkəmə sistemlərini ələ keçirərək Əfqanıstanı çıxılmaz bir yola sürükləyiblər.

Nəticə etibarilə Əfqanıstan əgər özünü toparlaya bilməsə, ölkə yeni və çox ciddi bir münaqişə ocağına çevriləcək. Burdan yaranan narahatlıq əvvəlki kimi təkcə Əfqanıstana yox, bəlkə də bütün bölgə xalqlarına və dövlətlərinə də çox yaxından təsir edəcək. Bölgədə həm coğrafi, həm etnik, həm də məzhəb baxımından ortaqlıq haqqında danışılan olduqca istər istəməz bölgə dövlətlərinə dəvətnamə göndərməyə ehtiyac qalmayacaq.

-Əfqanıstanda yaşamış və bu bölgəni yaxşı tanıyan bir Türk kimi orda yaşayan Türklərin problemlərindən danışa bilərsinizmi?

-Əvvəllər Əfqanıstanda yaşayan Türklər öz dillərini rahat bir şəkildə danışa bilmirdilər.  2001 – ci ildən sonra az da olsa, öz dillərində danışmağa və öz dillərində mətbuat açmaq hüquqlara sahib olublar. Lakin bu hadisələr nə qədər təsirli yada digər seqmentlər tərəfindən nə qədər qəbul gördüyü mübahisəyə səbəb olub. Çünki təkcə öz aralarında danışmaq ya da nəyisə nəşr etmək yetərli deyil. Son seçkilərdə türklər prezidentin birinci müavini seçilib. Məşğulluq və dövlət içindəki təşkilatlardaki bölünmələrinə baxılanda nə məşğulluq var, nə də hər hansı bir dəyişiklik. Həmişə peştunca bilmirsən, ya da ABŞ-da doktorantura oxumamısan deyə Türkləri aradan çıxarırlar. Taliban təşkilatının terror aksiyaları həmişə cənubda ikən son zamnlarda şimala, yəni türklərin yaşadığı bölgəyə sıçraması təsadüf deyil. Ordakı türklərin dincliyini pozmaq və Özbəkistan, Türkmənistan, yəni Orta Asiya türk dövlətləri ilə əlaqələrini kəsmək üçün gəldiklərini söyləmək mümkündür. Ayrıca son zamanlarda Rusiyanın Əfqanıstana hərbi mənada dəstək verməsi də prosesin Tacikistana kimi uzanmağına səbəb olub.

-Əfqanıstanda radikal islamçıların terror aksiyaları hələ də davam edirmi?

-İslam deyiləndə, həqiqi mənada bölgədə nə başa düşülür, açıqcası mən də hələ də bilirəm, çünki mənim bildiyim İslam adam döymək, adam asmaq və ya öldürmək deyil. Bunun radikal halını düşünsək, kəllə kəsmək də deyil. Əgər onların düşüncəsinə görə islamçıların ya da radikal islamçı olaraq bölgədə İslamı təmsil edirlərsə, bəli radikal İslam çox təsirlidir, hər gün 10-15 əsgərin, ya da qeyri-insanların başlarını bədənlərindən ayırıb sinələri üstünə qoyub evlərinə göndərirlər. Hər gün böyük şəhərlərdə canlı bomba ya da vasitələrə bombaları yerləşdirərək yüzlərlə günahsız insanların canına qıyırlar.

-Tacikistan son zamanlar çox qarışdı. Necə düşünürsünüz, bunun arxa fonunda Əfqanıstanla əlaqəli bəzi ssenarilər ola bilərmi?

-Təbii ki, Əfqanıstan ilə bağlı olduğunu demək səhv olmaz, çünki Tacikistan bölgədəki digər dövlətlərə görə dövlətçilik, iqtisadi, hərbi və s mövzularda heç də güclü deyil. Coğrafi baxımdan da uyğun bir yerdədir, üstəgəl sərhəd bölgəsi baxımından Əfqanıstanla həmsərhəd olan ən zəif olan ölkədir. Ayrıca narkotikin ən etibarlı marşrutu da sayıla bilər. Taliban təşkilatının şimala uzanması, xüsusilə Tacikistanla həmsərhəd olan Bədəxşan vilayətində 72 hərbçisinin başını kəsərək təsirini davam etdirməsi yaxın dövrdə bu Orta Asiyaya sıçraması bununla əlaqədar idi. Türklərin liderini və ölkənin vitse - prezidentin bölgəyə gətirməyə məcbur edərək diqqətləri öz üstlərinə çəkiblər. Bölgədə Taliban ilə İŞİD -i bir birinə düşmən kimi göstərmələri sanki döyüşürlər kimi bir-birinə qarşı söyləmələri tamamilə bir oyundur. Bunlar təkcə diqqət çəkmək üçün törədilən hadisələrdir. Sadəcə burdaki proseslərdə diqqətimi çəkən bir nöqtə Rusiyanın qəflətən niyə Əfqanıstana hərbi dəstək verməsi oldu. Başqa suallar da var: hadisədən sonra niyə Tacikistan birdən birə qarışsın? Bəlkə Rusiya da bu oyunun içindədir? Tortdan böyük dilim ala bilmək üçün bəzən qurban vermək məcburiyyətində qalıb? Bu kimi suallar beynimi çox yorur...

Şərhlər