Fuad Muradov Mərkəzi Bankdan tələb etdi

19.01.2016 13:52     Siyasi reaksiya     2105

“Bunlar əsasən Azərbaycanın gücü və ya potensialının olmaması ilə bağlı fikirlərdir. Amma cənab prezidentin son vaxtlar həyata keçirdiyi güclü islahatlar bir daha göstərdi ki, Azərbaycanın gücü və potensialı var və xalq bunu yaxşı qəbul edir.”

"Reaksiya" xəbər verir ki, Milli Məclisin növbədənkənar iclasında çıxış edən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov son zamanlarda iqtisadi məsələlərlə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb:

“Cənab prezidentin bu istiqamətdə çox dəqiq planları, proqramları var. Eyni zamanda banklarla olan məsələ də günmdəmə gəlmişdi. Biz gözləyirik ki, iqtisadi blokdan olan dövlət nümayəndələri bu məsələlrə bağlı ictimaiyyətə məlumat verəcək. Başa düşürəm ki, o zamanlar onlar bu islahatları hazırlayırdılar. Çünki bu qədər uzun zaman keçdi. Belə böhranlı vəziyyət bütün dünyada var. 2008-ci ildən dünyada böhran olanda Azərbaycanın düzgün siyasəti nəticəsində xalqmız bunu hiss etmədi. Amma böyük ölkələr, Avropa ölkələri, xüsusən bu istiqmaətdə fəaliyyət göstərən neft ölkələrinə bu böyük təsir etdi. Azərbaycan məhz bu təsirdən yan keçmişdi və bu da cənab prezidentin islahatları üstündə olmuşdu. Uzun müddət belə vəziyyətin olmaması üçün addımlar atılmışdı. Bu istiqmaətdə bu işlər davam edir”. 

Azərbaycanda bankların sayının sürətlə artıdığını deyən F.Muradov qeyd edib ki, son nəticədə insanlar öz pullarını, digər əməliyyatlarını bank vasitəsilə edirdilər. 

“Əmanətlərin sığortalanması 30 min manatadək olan əmanətləri əhatə edirdi. Amma Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti nəticəsində inanırıq ki, bu işlərin həyata keçirilməsində insanlar daha etibarla banka gedəcək və bütün fəaliyyətlərini və işlərini bank vasitəsilə həyata keçirəcəklər. Ona görə əmanətlərin tam sığortalanması dəyərli yanaşmadır. İnanıram ki, ciddi şəkildə dəyişiklər olacaq. Eyni zamanda 10 faiz depozit vergisinin də götürülməsi nəticədə insanların banka ertibarını artıracaq”. 

Komitə sədri vurğulayıb ki, Mərkəzi Bankın bu günə qədər bütün banklarla olan eyni yanaşması bundan sonra da davam etməlidir. 

“Banklardakı vəziyyətlə, problemlərlə bağlı məlumat vermək lazımdır ki, insanlar banklarda problemlərin olduğunu bilsinlər. Yoxsa heç bir məlumat verilmədən proseslər həyata keçirilir və insanlar arasında çaş-başlıq yaranır. Qəsdən sabotaj və ajiotaj yaradan qruplar var. Sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş insanlar var. Heç bir hadisə olmadan gündəmə elə məsələlər qoyurlar ki, bizdə guya ərzaq qıtlığı var, banklarda ciddi problmlər mövcuddur. Ona görə insanların məlumatlandırılması vacibdir və bu insanların iqtisadi sistemə etibarı deməkdir. Təklif edirəm ki, mütəmadi olaraq ictimaiyyətə məlumat verilsin ki, hansı banklarda problemlər var”. 

Qanun layihələrindəki dəyişiklər barədə danışan deputat bildirib ki, atılan bu addımlar dövlətə inamın dərəcəsini göstərməlidir. 

“Ona görə cənab prezident bu islahatları başlayanda vurğulayıb ki, bu kompelks olan məsələlərdir. Bu təkcə vergi, gömrük və bank sistemi deyil, kompleks yanaşamadır və ona görə bizim iqtisadçılarımız çox ciddi təhlil aparmalı və insanlar bilməlidirlər ki, dövlət əsas risklərini boynuna götürür. Nadir hallardandır ki, sığorta fəaliyyəti 100 faiz həyata keçirilir.

Amma Azərbaycan buna gedir. Lakin bunun 3 il nəzərdə tutulumasının necə müəyyənləşməsi mənim üçün maraqlıdır. Eyni zamanda Sığorta Fonunda şəffalığın təmin edilməsi vacib məsələlərdəndir. Mərkəzi Bank və digər qurumlar burada maksimal tədbirlər həyata keçirəcək. Bu islahatlar davamlı olacaq. Son müşavirədə cənab prezident vurğulayıb ki, atılan addımlar ölkəyə yeni invesitisyaların gəlməsi və iş yerlərinin açılması baxımından vacibdir. Bu istiqamətdə sahibkarlara müraciət edirəm ki, cənab prezidentin çağırışına dəstək olsunlar, yerli istehsalın inkişafına kömək olsunlar. Dövlət öz tərəfindən maksimal olaraq şərait yaradacaq”.

 

Şərhlər