Bakıya xəyanət edən türk deputatların - Adları

28.01.2016 17:20     Siyasi reaksiya     2082

Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının sesiyasında “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” hesabatının səsverməsi keçirilib.

 

Hesabatı ümumilikdə 25 ölkədən 66 şəxs dəstəkləyib. Səsverməyə qoşulan nümayəndə heyətləri sırasında hesabatın lehinə Gürcüstan, Ukrayna və Türkiyədən daha çox deputat səs verib. 

 

Türkiyə nümayəndə heyətində olan 16 deputatdan (Türkiyəni AŞPA-da 18 millət vəkili təmsil edir; 2 millət vəkili HDP-çi olduğu üçün onların səsverməyə qatılmaması və Azərbaycanın əleyhinə olmasına təəccüblənmirik - red.) 13-ü səsvermədə iştirak edib. Onlardan 12 millət vəkili qərarın lehinə səs verib, CHP-nin millət vəkili İlhan Kesici bitərəf qalıb, 3 deputat isə səsverməyə qatılmayıb.

 

Axar.az səsverməyə qatılmayan 3 türkiyəli millət vəkilinin adını təqdim edir:

 

1. Talib Küçükcan – AKP (Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri)

 

2. Leyla Şahin Usta – AKP

 

3. Gülsün Bilgəxan – CHP

 

CHP-dən millət vəkili Gülsün Bilgəxan Türkiyənin 2-ci prezidenti İsmən İnönünün nəvəsidir. O, ötən ilin aprelində “Qondarma erməni soyqırımı”na dəstək məqsədi ilə sayğı duruşuna qatılmışdı.

 

Xatırladaq ki, Azərbaycanın lehinə olan bu qətnamənin qəbulu üçün cəmi 4 səs çatmayıb. Türkiyəli millət vəkillərindən HDP-çi 2 deputat istisna olmaqla, digərləri – AKP və CHP-ni təmsil edənlərin hamısı səsverməyə qatılsa və İlhan Kesici səsvermədə bitərəf qalmasa, bu önəmli qətnamə qəbul ediləcəkdi. Millət vəkili Fazil Mustafa da mediaya açıqlamasında türkiyəli millət vəkilləri, xüsusilə Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Talib Küçükcanla əvvəlcədən danışıb razılaşmalarına baxmayaraq, onun səsvermədə iştirak etməməsinin səbəbini anlamadığını və bu barədə türkiyəli deputatların açıqlama verməli olduqlarını bildirmişdi.

 

Qətnamənin lehinə səs verən millət vəkillərinin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz.

Şərhlər