Prezident ümumxalq şənliyinə qatıldı

19.03.2016 20:05     Siyasi reaksiya     1048

Dövlət başçısı keçirilən tədbirləri izləyib.

Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Şənlikdə dövlət başçısı İlham Əliyev və ailə üzvləri də iştirak edib. Dövlət başçısı Qız qalasının ətrafında, Dənizkənarı bulvar ərazisində keçirilən tədbirləri izləyib. 

Prezidentdən başqa tədbirlərdə hökumət rəsmiləri də iştirak ediblər. 

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli oğlanlar və qızlar prezidentinə bayram xonçası təqdim ediblər, təbriklərini çatdırıbdılar.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar. Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. 

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. 

Daha sonra prezident və xanımı Dənizkənarı Milli Parka gəliblər. Onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb. 

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik edib, yumurta döyüşdürüblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış olublar. Yarmarkada ölkəmizin 10 iqtisadi rayonundan 42 şirkət məhsullarını təqdim edir. 

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Natiq” ritm qrupunun və aşıqların ifalarını dinləyib, Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.

Prezident Novruz tonqalını alovlandırır (2015-ci il)
Prezident Novruz tonqalını alovlandırır (2015-ci il)

Bayram tədbirləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir. Tədbirlər planına uyğun olaraq bayram şənliyi Qoşa Qala qapısından başlayaraq İçərişəhər, Qız Qalası, qalanın ətrafı, Azneft meydanından başlayaraq Neftçilər prospekti - Dənizkənarı bulvarda keçirilir. 

Tədbirlərlə bağlı olaraq adıçəkilən ünvanlarla kəsişən küçə və prospektlərdənəqliyyat vasitələrinin də hərəkəti məhdudlaşdırılıb. 

 

Şərhlər