Prezident İlham Əliyev Belçikanın Baş nazirinə başsağlığı verib

22.03.2016 13:50     Siyasi reaksiya     836

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Brüsseldə baş verən terror aktı ilə bağlı bu ölkənin baş naziri Baş naziri Şarl Mişelə başsağlığı verib.  ANS PRESS-in məlumatına görə , başsağlığında deyilir: 

"Hörmətli cənab Baş nazir,

Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram."

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Brüsselin Beynəlxalq Hava limanında  terror aktı törədilib. ANS PRESS-in məlumatına görə, bu barədə Belçika hökuməti açıqlama yayıb. Eyni zamanda hava limanında daha bir partlayıcı qurğunun aşkar olunduğu bildirilir.

Hava limanında baş verən partlayış nəticəsində azı 17 nəfər həlak olub.

Maelbek metro stansiyasında baş verən parlayış nəticəsində isə 10 nəfər həyatını itirib.

Bundan əlavə metropolitenin daha bir stansiyasında - Şumanda partlayış baş verib. Bu stansiya Avropa komissiyasının və Avropa İttifaqıŞurasının binalarının yaxınlığında yerləşir.

 

Şərhlər