Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib - FOTO - FOTOLAR

18.02.2017 10:46     Siyasi reaksiya     1369

Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.

Reaksiya.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.

53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.

 

Reaksiya.az

Şərhlər