“Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir”

11.03.2017 10:02     Siyasi reaksiya     1368

Ərdoğan Putinlə görüşdə Qarabağa dair mühüm açıqlamalar verdi; o, həmçinin Rusiya prezidentindən Moskvadakı FETÖ şəbəkəsinin zərərsizləşdirilməsini istədi

Martın 10-da Moskvada Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə hər iki ölkənin xarici işlər və müdafiə nazirləri və prezidentlərin köməkçiləri də iştirak edib.


Vladimir Putin türkiyəli həmkarını Moskvada qəbul etməkdən məmnun olduğunu deyib. Görüşün məhsuldar keçəcəyinə əminliyin vurğulayan Rusiya dövlət başçısı iki ölkə arasında enerji və digər sahələrdə birgə layihələri, o cümlədən terrorçuluğa qarşı mübarizəni müzakirə edəcəklərini söyləyib.


Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada olmaqdan məmnunluğunu ifadə edib. O, rusiyalı həmkarı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklərini və bu iclasda ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemləri də müzakirə edəcəklərini vurğulayıb.


“Rusiya-Türkiyə əlaqələri çox sürətli templə bərpa olunur”.


Bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.


Rusiya dövlət başçısı Moskvanın bundan çox şad olduğunu söyləyib: “Biz çox şadıq ki, dövlətlərarası münasibətlərimiz olduqca sürətli temlə bərpa olunur. 2014-cü ildə keçirilən axırıncı Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasından çox vaxt keçib. Bu müddət ərzində çoxlu hadisələr baş verib. Son vaxtlar biz Rusiya-Türkiyə münasibətlərinin layiq olduğu səviyyəyə çıxması üçün aktiv çalışımışıq”.


İkitərəfli görüşdən sonra Rusiya və Türkiyə arasındakı Yüksək səviyyəli Əməkdaşlıq Şurasının VI iclası başlayıb.
“Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”.

Image result for Putin Erdoğan


Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.


R.T.Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: “ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”.


“Bu gün Rusiya prezidenti Vladimir Putinlə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı dəyərləndirmələrimizi bölüşdük. Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür”.


Bunu da prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib. O bildirib ki, terrorla mübarizədə birgə hərəkət etmək böyük əhəmiyyət daşıyır: “Müvafiq qurumlarımız bu barədə təkliflərini verəcəklər. Suriyada İŞİD-ə qarşı nümayiş etdirdiyimiz mövqeni digər terror təşkilatlarına qarşı da nümayiş etdirməliyik. Bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətlərinə son verilməsini xüsusi qeyd edirik”.


“FETO terror təşkilatı ilə mübarizəyə nə qədər önəm verdiyimiz məlumunuzdur. Bu mövzuda göstərdiyini həssaslığa görə sizə təşəkkürümü bildirirəm” - deyə, Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında çıxışını davam etdirərkən bildirib. Sitat: “Ancaq bu terror təşkilatının başqa adlar altında fərqli sahələrdə gizli fəaliyyət göstərdiyini unutmaq olmaz. Moskva və Sankt-Peterburqda FETO ilə əlaqədə olan insanlar və təşkilatlar haqqında gərəkli addımları atacağınıza inanıram”, - deyə o, söyləyib.


Vladimir Putin isə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib ki, Rusiya güc strukturları türkiyəli həmkarları ilə terrorla əlaqəsi olan şəxslərin mübadiləsində maraqlıdır.


Rusiya prezidenti qeyd edib ki, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq və müdafiə nazirlikləri xətti ilə təmaslar çox böyük önəm daşıyır.


“Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yardılmasını müzakirə etdik”.


Bunu isə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.


Ərdoğan Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağliq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini söyləyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar