İlham Əliyev Fransada görüşlər keçirir

13.03.2017 14:21     Siyasi reaksiya     1133

Azərbaycan Prezidentini Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasında rəsmi səfərdədir. Reaksiya.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidentini Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.

İlham Əliyev "Vivaction" şirkətinin prezidenti Rişar Mari ilə görüşüb. Daha sonra dövlət başçısının Parisdə "SUEZ" qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

Prezident İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə də görüşüb. Nəhayət, İlham Əliyev Parisdə "CIFAL" qrupunun prezidenti Jil Remi ilə görüşüb.
 

Reaksiya.az

Şərhlər