Milli Məclisin plenar iclası başlayıb

17.03.2017 12:10     Siyasi reaksiya     1273

Milli Məclisin növbəti plenar iclası başlayıb. 

Reaksiya.az-ın  xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda baş nazir Artur Rasi-zadə, nazirlər, hökumət rəsmiləri iştirak edirlər. 

İclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabat daxildir. Hesabatı Azərbaycanın baş naziri Artur Rasi-zadə təqdim edəcək.

Reaksiya.az

Şərhlər