Zakir Həsənov İrana gedib

15.04.2017 17:34     Siyasi reaksiya     1241

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Reaksiya.az-a bildirilib ki, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar