Elmar Məmmədyarov rəsmi səfərə yola düşüb

17.04.2017 15:32     Siyasi reaksiya     1305

Elmar Məmmədyarov Malta və İtaliyaya rəsmi səfərə gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Malta və İtaliyandan olan həmkarları və digər rəsmi şəxslərlə  görüşləri nəzərdə tutulub. İtaliyaya səfər çərçivəsində nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışına qatılacaq, "Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti" təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcək.

Reaksiya.az

Şərhlər