Mard: "Azərbaycanla danışıqları səbirsizliklə gözləyirik"

18.04.2017 13:11     Siyasi reaksiya     1188

Gələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır.

Apa-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard tərəflər arasında vizanın ləğvi ilə bağlı danışıqların aparılıb-aparılmamasına dair suala cavabında bildirib.

O bildirib ki, danışıqların geniş gündəliyi var: "Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar