Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib

22.05.2017 13:46     Siyasi reaksiya     1405

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

 

 

 

Müdafiə Nazirliyindən Reaksiya.az-a  bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.
Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.

Sonra Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onların xatirəsini yad ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar