Prezident Macarıstana gedəcək

24.05.2017 15:52     Siyasi reaksiya     1455

Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfər edəcək.

Reaksiya.az-nın xəbərinə görə, bu barədə məlumat verən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfərin bu ilin oktyabrına planlaşdırıldığını deyib.
 
Diplomat bildirib ki, bu səfər dinamik inkişaf edən münasibətləri daha gücləndirəcək: "Son 25 ildə siyasi rəhbərlər arasında bir sıra yüksək səviyyəli vacib səfərlər həyata keçirilib. Azərbaycan prezidentinin 2014-cü ildə Budapeşt səfərindən sonra əlaqələr strateji səviyyəyə qalxıb. Baş nazir Viktor Orbanın 2016-cı ildə Azərbaycana səfərindən sonra isə səfərlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb". 

Reaksiya.az

Şərhlər