Azərbaycanda müxalifət partiyası qurultayına YAP-ı dəvət edib

24.05.2017 23:06     Siyasi reaksiya     1485

Vətəndaş və İnkişaf Partiyasının (VİP) mayın 28-də keçirələcək qurultayına hökumət rəsmiləri, ictimai-siyasi şəxslər, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri dəvət edilib.

Bu barədə "Report" VİP sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, növbəti dəfə də partiyanı idarə etməyə iddialıdır: "Partiyada hələ ki, sədrliyə namizədliyini irəli sürən şəxs yoxdur. İstənilən partiya üzvü namizədliyini irəli sürə bilər. Burada qadağa yoxdur".

Qeyd edək ki, 28 may 2017 - ci il tarixdə saat 11:00 - dan başlayaraq baş tutacaq qurultay "Beynəlxalq Mətbuat Mərkəzi"ndə (BMM) keçiriləcəkdir. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar