Prezident İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət edib

13.06.2017 15:59     Siyasi reaksiya     1439

Azərbaycan prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, dövlət başçısı Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramını bildirib.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verib. Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına minnətdarlıq edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar