Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb

18.07.2017 12:43     Siyasi reaksiya     1369

Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri iyulun 18-də başa çatıb.

Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Latviyanın rəsmi şəxsləri yola saldılar.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar