Türkmənistan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

05.08.2017 10:35     Siyasi reaksiya     1536

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə "Türkmən Dövlət Xəbərləri" (TDX) informasiya agentliyi xəbər yayıb.

Qeyd olunur ki, bu səfərlə bağlı məsələlər ölkə Nazirlər Kabinetinin iclası zamanı müzakirə olunub.

Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir.

Reaksiya.az

Şərhlər