Azərbaycan və Çexiya XİN-in rəsmiləri görüşdü

14.08.2017 13:35     Siyasi reaksiya     1450

Ölkəmizdə səfərdə olan Çexiya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Petr Qayduşek Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar