Yaşar Aydəmirov: Ermənistanın “Smerç” yaylım atəşli reaktiv sistemləri köhnəlib

27.09.2017 11:36     Siyasi reaksiya     1965

Ermənistanın təlimlərdə “Smerç” yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumata ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov münasibət bildirib. Aydəmirov Reaksiya.az-a bildirib ki, bu silahlar Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür. 
Nəzərə alsaq ki, “İskəndər” əməliyyat-taktiki raket kompleksi Ermənistan silahlı qüvvələrinin balansında deyil, “Smerç” YARS onların ordusunun silahlanmasında olan “ən güclü” raket sistemidir. 
“Lakin unutmaq lazım deyil ki, bu raket sistemləri Sovet döründə istehsal olunub və 1987-ci ildə istifadəyə verilib. Mülki vətəndaşlar bilməsələr də, peşəkar hərbçilər yaxşı bilirlər ki, 30 il əvvəl, istehsal olunan və illərlə anbarlarda saxlanılan silahın bu gün uğurlu tətbiqi böyük şübhə altındadır. 
 
Onun sözlərinə görə böyük ehtimalla, Ermənistanın “Smerç” YARS-dan atışlar keçirməsi də məhz onların istifadəyə yaralı olub-olmamasının yoxlanılması ilə əlaqədardır. 
 
Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun silahlanmasında olan və daim yenilənən ən müasir raket sistemləri və digər silah növləri dəqiqliyinə və dağıdıcı gücünə görə dünyanın ən qabaqcıl ordularının silahları ilə müqayisə oluna bilər”.
 
Zaur Qəriboğlu

Şərhlər