Ermənistan üçün “sualtı daşlar” - Azərbaycanla Böyük Anlaşma fürsəti qaçırılsa...

07.11.2017 11:26     Siyasi reaksiya     2052

Düşmən ölkədə blokada panikası güclənir; İrəvan ağırlaşan iqtisadi və təcrid durumundan çıxış yolu axtarışında; çıxış yolu isə nə Moskvadan keçir, nə də Brüsseldən; Sərkisyan: “Biz öz günahımızdan izolyasiyaya düşmüşük...”

Avropa Birliyinin (AB) növbəti, 24 noyabr Brüssel sammiti yaxınlaşdıqca Ermənistanın siyasi və ekspert dairələrində gərginlik artır. Hökumət həmin sammitdə nəhayət ki, AB ilə çərçivə sazişinin imzalanmasına nail olmaqla bir növ, Moskva qarşısında öz “statusu”nu gücləndirmək, eyni zamanda guya Rusiyanın vassalı olmadığını göstərməklə cəmiyyəti sakitləşdirmək niyyəti güdür, Qərbə isə incə bir reverans edə biləcəyimə ümid bəsləyir.

Ancaq sənədin imzalanması, belə görünür, asan başa gəlməyəcək. Söhbət heç də texniki əngəldən - üzv ölkələrin onun mətni ilə tanış olub razılıq verməsi üçün lazım olan vaxtdan getmir. Ən önəmlisi, çərçivə sənədinin mətnindən gedir. Mətndə isə Ermənistanı qane etməyən müddəalar var. Onlardan biri də qəzalı vəziyyətdə olan Metsamor AES-lə bağlıdır.

*****

Bəllidir ki, rəsmi Brüssel onun bağlanması tələbini qoyur, bunun qarşılığında İrəvana maliyyə dəstəyi vəd edir. Cəmiyyətdə, siyasi və iqtisadi çevrələrdə isə narahatlıq var ki, AES-in bağlanması ilə ölkə energetik böhrana girə bilər. Görünür, o üzdən də bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan bir növ cəmiyyəti ovundurmaq üçün bəyan etdi ki, guya narahatlığa əsas yoxdur, çünki “Metsamor AES təzəsi ilə əvəz olunacaq”.  

Lakin bu kimi sedativ açıqlamalar çətin ki, iqtidarın gözlədiyi təbliğati effekti versin. Xüsusən də müxalif düşərgə hakimiyyətin məsələdə tutduğu mövqeyi sərt tənqid edilməkdədir. Əsas da ortada: Ermənistanla Avropa Birliyi arasında imzalanması nəzərdə tutulan anlaşma sənədinin mətni artıq açıqlanıb.       

“Ermənistanla Avropa Birliyi arasında imzalanması nəzərdə tutulan anlaşma sənədində çoxlu ”sualtı daşlar" var". Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, bunu Ermənistandakı Demokrat Partiyasının sədri Aram Sərkisyan həmin sənədin ölkə iqtisadiyyatına mümkün təsirlərini şərh edərkən bildirib.

Картинки по запросу Metsamor AES

O, prezident Serj Sərkisyanın guya Metsamor AES-in yenisi ilə əvəzlənəcəyi barədə vədini ciddi saymadığını deyib:“Bildirirlər ki, 2028-ci ilədək Metsamor AES fəaliyyət göstərəcək, ondan sonra təzəsi ilə əvəzlənəcək. Buna inanmaq istəyirəm, amma bacarmıram. Çünki anlaşma sənədində yeni atom elektrik stansiyası haqda heç nə yoxdur. Orada göstərilir ki, Metsamor AES başqa elektrik stansiyaları ilə əvəzlənəcək. Bu isə istilik və hidroelektrik stansiyaları ola bilər. Ancaq belə stansiyalar nə qiymət, nə də imkanlar baxımından AES-lə müqayisə oluna bilməz. Halbuki AES-in təkcə bir bloku ölkənin elektrik enerjisinə olan tələbatının 40%-ni ödəyir”.

Картинки по запросу Sarkisyan

Erməni siyasətçi sözünə davam edərək deyir ki, ermənilər hakimiyyətin sözünə inanmamalıdırlar. “Mən həmçinin Avropa Birliyi rəsmilərindən birinin Ermənistanla bağlı optimizmini də bölüşmürəm (Həmin rəsmi demişdi ki, ”Ermənistan Avropa Birliyi ilə Avrasiya Birliyi arasında körpü rol oynaya bilər" - red.) Ona görə ki, bu gün biz bir neçə regional layihə ucbatından izolyasiyaya düşmüşük. Biz öz günahımız üzündən belə vəziyyətlə üzləşmişik. Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsini nəzərə alsaq, Ermənistan daha böyük dalana girəcək. BTQ bizi daha dərin energetik böhrana salacaq", - deyə Sərkisyan əlavə edib.

Картинки по запросу Armenia blokada

*****

Energetik böhrandan da, bütövlükdə iqtisadi-siyasi bataqlıqdan və müharibə vəziyyətindən də çıxış yolu var. Ancaq o, nə Moskvadan keçir, nə də Brüsseldən. Nicat yolu, qurtuluş Ermənistanın qonşularla, ilk növbədə Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik münasibətləri gecikmədən qaydaya salmaqdan keçir. Bu, əsla ultimatum deyil, regional şərtlərin ermənilərə diktə elədiyi yeganə imperativdir.

Bundan ötrü Ermənistan başda olmaqla regionun bütün ölkələrinin bir-birinin ərazi bütövlüyünü tanıması yetər. Nə qədər ki, Ermənistan Moskvanın maşası roluna razılaşıb bölgəni qarışdırmaq missiyasına davam edəcək, öz xalqının xoşbəxtliyini qonşu xalqın bədbəxtliyi üzərində qurmağa çalışacaq, o vaxtadək də bunun altını ən çox onun özü çəkəcək, erməni xalqının iztirabları bitməyəcək, Ermənistan indikindən də miskin kökə düşəcək. Belə perspektivi görmək üçün politoloq olmağa və ya Aram Sərkisyan kimi partiya sədri postunu tutmağa gərək yox.

Картинки по запросу Armenia blokada

Bu mənada İrəvan üçün əslində daha bir şans pəncərəsi açılır: noyabrın ortalarında Moskvada həm Türkiyə, həm də Ermənistan prezidentləri səfər edəcək və rusiyalı həmkarları Vladimir Putinlə görüşəcəklər. Bu görüşlərdə Qarabağ, regional inteqrasiya məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir...

Türkiyə və Azərbaycanın bundan sonra itirəcəyi bir şey yox. Rusiyanın da qeyb edəcəyi nəsə yox. Nə itirəcəksə, bundan sonra məhz Ermənistan və onun xalqı itirəcək - özü də getdikcə daha böyük həcmdə. Odur ki, ən əvvəl Ermənistanın siyasi elitası öz qərarını verməlidir ki, uçuruma doğru yola davam, yoxsa tamam?

2 x 2= 4 qədər aydındır ki, İrəvanın ən əvvəl qonşu Azərbaycanla Böyük Sülh Anlaşması olmayınca, Ermənistanın heç bir yarası sağalmayacaq, əksinə, ona qarşı “sualtı daşlar” çoxalacaq.

Reaksiya.az

Şərhlər