Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

29.11.2017 12:20     Siyasi reaksiya     1456

Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Reaksiya.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.
Səfər dekabrın1-dək davam edəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar