Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTOLAR

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTOLAR
Tarix: 06.12.2017 14:17
Oxunma sayı: 692
Paylaş:

Dekabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Plan, Prinsiplər Baş İdarəsinin rəisi, general-polkovnik Yavuz Türkgenci ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıda duran vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tərəflər hər iki ölkənin Silahlı qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.

Reaksiya.az

Şərhlər