Sudan Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

08.12.2017 12:59     Siyasi reaksiya     1515

Sudan Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini açıqlayıb.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edər səfir qeyd edib ki, bu məsələ ilə bağlı Sudanın mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaqdır.

“Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir”, – deyə səfir vurğulayıb. 

Reaksiya.az

Şərhlər