Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib

Azərbaycanın Avropa ŞurasıParlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.
 
Reaksiya.az apa-ya istinadən xəbər verir ki, heyətdən çıxarılan 3 nəfərin yerinə təyin olunan digər parlamentarlar Ülviyyə Ağayeva və Asim Mollazadədir. 
 
Xatırladaq ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan 3 yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
 
Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

Reaksiya.az

Advertisement Banner

Şərhlər