Özü boyda terror yuvası və terror pərəstişkarı Ermənistan

Özü boyda terror yuvası və terror pərəstişkarı Ermənistan
Tarix: 14.01.2018 14:16
Oxunma sayı: 915
Paylaş:

Bu günlərdə Moskva yaxınlığında bağ evlərin birindəki özəl zoopark foto və telekameraların obyektivinə düşüb. Burada panter (pişiklər fəsiləsindən olan yırtıcı heyvan – red.) xidmətçini parçalamışdı. Əlbəttə ki, hər kəsin özəl həyat yaşamaq haqqı var, ancaq təhlükəsiz yaşamaq hüququnu da hələ heç kim ləğv eləməyib. Bakının ən yeni tarixində də bənzər hadisə qeydə alınıb. Söhbət adi şəhər mənzilində şir saxlamaq həvəsinə düşmüş Bərbərovların faciəsindən gedir: 1980-ci il noyabrın 24-də həmin yırtıcı ailə üzvlərinə hücum çəkmiş, öz sahibinə ağır xəsarət yetirmiş və onun 14 yaşlı yeniyetmə oğlunu öldürmüşdü.

Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, ev şəraitində zoopark – müasir dövrümüzdə hələ ən təhlükəli qonşuluq deyil. Daha betəri sözün həqiqi mənasında qonşuluqda terrorçuların yuva salması və onların orada “cəhənnəm maşınları”, Londondakı kimi gənəgərçək zəhəri və başqa bu kimi şeylər hazırlamasıdır. Əlbəttə, şans var ki, ayıq-sayıq qonşular “ximikatlar”ın iyindən duyuq düşərək polisə xəbər verəcək və məsələnin üstü açılacaq. Bəs qonşuluqda bütöv bir ölkə boyda terror yuvası mövcuddursa, onda necə?

Budur, Ermənistanın terrorçular üçün “eşşək arısı” yuvası olması haqda imici növbəti dəfə təsdiqlənib. Özü də bu dəfə hədəf Gürcüstandır. Belə ki, bu günlərdə Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) başçısı Göksəl Gülbey ən təhlükəli erməni terror təşkilatlarından olan ASALA-nın siyasi səhnəyə qayıtması haqda xəbərdarlıq edib. Məlumata görə, ASALA üzvləri Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində aktiv fəaliyyətə başlayıb və burada qurumun “Virk-yerkir” bölməsini də yaradıblar. “Bu  bölmə regionda Rusiyayönlü siyasəti həyata keçirmək üçündür. O, Ermənistanda və digər ölkələrdə yaşayan ermənilərdən istifadə edir. Axalkalakidən Rusiya bazaları çıxarılanda bütün silah-sursatlar ASALA üzvlərinə verilib”, – deyə Gülbey bildirib və Gürcüstandakı azərbaycanlıların da təhlükə altında olması haqda xəbərdarlıq edib.

Ehtimal eləmək çətin deyil, bu bəyanatı da şübhə altına alan biriləri tapılacaq. Yəni ki, Gürcüstandakı ASALA silahlıları haqda əgər MKİ (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi – red.) və ya Mİ-6 (Böyük Britaniyanın ən böyük xüsusi xidmət orqanı – red.) söz açsaydı, o ayrı məsələ. Hərçənd, Ermənistanda bir çox peşəkar ASALA terrorçularının kök saldığı heç kimə sirr deyil. Alik Yeniqomşyan və ya Jirayr Səfilyan (hazırda həbsdədirlər – red.) kimi bəzilərinin Ermənistan hakimiyyəti ilə münasibətləri alınmayıb, ancaq Serj Sərksiyan komandasının tam himayəsində olanlar da az deyil.

245863_src.jpg (27 KB)

Göz önünə ilk növbədə Türkiyə səfirliklərinə hücuma və türk diplomatlarının qətlinə görə Avropa həbsxanalarında yatıb-çıxan, xüsusi xidmət orqanlarına da, jurnalistlərə də əla tanış olanlar gəlir. Lakin siyahı həmin məşhur personalarla bitmir. Üstəlik, Ermənistanın dövlət terrorizmi siyasəti həyata keçirdiyini Azərbaycanda çətin ki, kiməsə xatırlatmağa ehtiyac olsun. Bu siyasətin piki 90-cı illərin birinci yarısına təsadüf edir – nə vaxt ki, Ermənistanın xüsusi xidmət orqanları metroda və sərnişin qatarlarında partlayışlar da daxil, ölkəmizdə silsilə terror aktları təşkil eləmişdi. Daha sonra Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində ölkəmizə qarşı terror aktivliyi sönməyə doğru getdi. Ancaq ona görə yox ki, Ermənistan bu siyasətdən imtina elədi. Bu ölkədə terrora pərəstişin davam eləməsi haqda o qədər dəlil-sübut var ki - Monte Melkonyanln adına Ermənistanda keçələrin, hətta hərbi liseyin varlığından tutmuş, Azərbaycana diversantlar qrupları göndərmək cəhdlərə kimi...

Bu da aydındır ki, Azərbaycanın neft-qaz layihələri Ermənistanda çoxdan həddən-ziyadə nifrət yaradır. O səbəbə yox ki, İrəvanda Azərbaycanın neft-qazının olmasından xəbərsiz idilər. Daha çox ona görə ki, onlar Bakının  öz neft-qaz strategiyasını həyata keçirəcəyinə, “Əsrin müqaviləsi”ni imzaladıb reallaşdıracağına, Cənub Qaz Dəhlizi layihəsinə girişəcəyinə və s. sadəcə, hazır deyildilər. İrəvanın planlarına rəğmən, neft dollarları da kiminsə hesabına oturmadı, re-investisiya olunaraq həm də Azərbaycanın ordusuna və hərbi sənayeyə yönəldildi. İrəvan strateqləri 2016-cı ilin aprelində bu “re-investisiya”nı öz dərilərində hiss elədilər.

İrəvan xüsusən də Azərbaycanın Bakı-Tiflis-Qars dəmiryolunun inşası və istismara verilməsinə hazır deyildi. Bu, yalnızca Ermənistandan yan keçən yeni qitələr arası “nəqliyyat xabı” deyildi. Ermənistan bununla eyni zamanda öz ərazisindən keçən köhnə dəmiryollarını bərpa eləmək şanslını itirmiş oldu.

O ayrı məsələ ki, Ermənistanda özləri üçün bu kimi qeyri-məqbul proseslərə hansı metodlarla mane olmağa çalışırlar. 2016-cı ilin aprelinədək bir sıra erməni qaynar başları Azərbaycanı yeni ərazilər tutmaqla, “cəsur zinvorlar”ın hücumu ilə Yevlaxa və Mingəçevirə kimi gələcəkləri, yəni dəmir yolları və boru xətləri marşrutlarını kəsəcəkləri ilə hədələyirdilər. Aprel olaylarından sonra bu planları kənara qoymaq lazım gəldi. Əvəzində isə Ermənistanda səbəbsiz-filansız, “İsgəndər”lərin köməyi ilə Azərbaycanın neft-qaz infrastrukturuna zərbə endirməklə hədələməyə başladılar.

Ancaq belə görünür, bu dəfə də gözlədikləri nəticəni almadılar. Birinci ona görə ki, Azərbaycanın “İsgəndər” raketlərini zərərsizləşdirməyıə qadir sistemlərə malik olduğu üzə çıxdı. İkincisi isə Azərbaycandan cavab zərbəsi məsələsi: bax, burada sonuclar Ermənistan üçün həqiqətən fəlakətli ola bilər. Biz hələ onu demirik ki, Rusiya da Ermənistanın bu addımının məsuliyyətini bölüşməz. Ümumiyyətlə, “İsgəndər”ə İrəvanın tam nəzarət etdiyinə heç kim inanmaz. Elə isə nə oldu? Ermənistanda Azərbaycanın neft-qaz infrastrukturuna zərbə endirmək cəhdlərindən daşındılar? Yaxud... “başqa yolla getmək” qərarı verdilər – terroru xatırlatmaqla?

asala333_1.jpg (62 KB)

İndi isə gəlin, yada salaq: dekabrın əvvəllərində KİV-lər Gürcüstanın Cavaxetiya bölgəsinin Ninotsminda şəhərciyindəki kriminal olay haqda məlumat yaydı. Orada adı hələ də açıqlanmayan üç nəfər saxlanmışdı. Onlar Bakı-Tiflis-Qars dəmiryolunun Marabda-Kartsaxi hissəsində relslərin oğurlanmasında suçlu bilinirlər. Onları 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Gürcüstanda buna sırf kriminal hadisə kimi yanaşdılar. Hərgah, relslərin oğurlanması bir növ, “reaksiyanı öyrənmək”, yaxud dəmir yolundakı təhlükəsizlik sistemi üçün özünəməxsus “stress testi” kimi də qəbul oluna bilər.

İş də ondadır ki, sabah orada artıq yerli silahlı qüvvələrin “adından” Ermənistan genişmiqyaslı “rels müharibəsi” başlasa, necə olacaq - hansı qruplaşmalara görə ki, İrəvan sanki məsuliyyət daşımayacaq? Bu, əlbəttə ki, ağ sapla tikilmiş maskadır. Ancaq İrəvana həmişə yaraşıb və yaraşır - əlindən az gəlməyib!

Onu da unutmayaq ki, Gürcüstan ərazisindən təkcə dəmiryolu yox, İrəvanın nifrət elədiyi boru xətləri də keçir. ASALA hələ 90-cı illərin birinci yarısında, o vaxt Fransa türməsində yatan Varuhan Karapetyanln dilindən bu xətlərə qarşı terror müharibəsi vəd eləmişdi. Hazırda Karapetyan yaşamaq üçün Ermənistana köç edib. Planlar isə hər şeydən göründüyü kimi, təzədən arxivdən çıxarılıb. Bu üzdən Gürcüstan indi İrəvan strateqləri üçün Azərbaycan və Türkiyə ilə müqayisədə daha “həssas” və terror üçün rahat nöqtə qismində görünə bilər. Xüsusən də indi – Gürcüstan və Rusiya ərazisindən “dəhlizlərin” açılması perspektivi ilə bağlı Ermənistanda yaşanan canlanma fonunda.

Buradaca yəqin ki, izaha ehtiyac var. Məsələ ondadır ki, Gürcüstanda ASALA terrorçularının peyda olması haqda xəbər olduqca əlamətdar fona təsadüf edir. Tiflis və Bakı nəhəng və çoxkomponentli əməkdaşlıq proqramına malikdir. Bu, özündə həm iqtisadi-siyasi, həm də hərbi aspektləri ehtiva edir. Eyni zamanda Gürcüstan Ermənistanla dinc qonşuluq əlaqələri saxlamağa çalışır. Üstəlik, Rusiyadan Ermənistana işğal altındakı ərazilərdən keçməklə daşınacaq yüklərin tərtibatı və müşayiəti ilə bağlı Tiflisin İsveçrə ilə əldə olunan razılaşma barədə açıqlaması İrəvanda zarafatsız-filansız canlanma yaradıb. İş o yerə çatdı ki, Serj Sərksiyan tələm-tələsik Tiflisə yollandı. Doğrudur, geri qayıdanda o, “Yuxarı Lars” alternativ KPP-nin (Nəzarət Buraxılış Məntəqəsi – red.) “açarları”nı gətirmədi.

sargsyan-putin.jpg (149 KB)

Bu da təəccüblü deyil. Ekspertlərin xatırlatdıqları kimi, çünki arzu edilən “dəhlizlərin” işə salınması üçün ən azından anlaşmanı Rusiya da imzalamalıdır. Moskva isə təkid edir ki, anlaşmada “müstəqil dövlət”lər kimi Suxumidəki və Tsxinvalidəki işğalçı rejimlərin adları da keçdin. Bu isə Gürcüstanı qane eləmir. Üstəgəl, Tiflisdə olarkən Ermənistan prezidenti ölkəsinin BMT-də nədən Gürcüstanın ərazi bütövlüyünə səs verməməsi ilə bağlı ölkəsi adına izahat verəsi oldu. Jurnalistlər ona həmçinin, həmin o Cavaxetiyadakı təxribatları və gürcü kilsələrinin erməniləşdirilməsi cəhdlərini, bir çox başqa şeyləri də xatırlatdılar. Biz hələ onu demirik ki, Gürcüstanda Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq əlaqələrinin önəmini yaxşı anlayan kifayət qədər sayda sağlam düşüncəli siyasətçilər var.

Amma görünür, səfər zamanı səslənmiş dostluq və mehriban qonşuluq haqda sözlər Ermənistanda bir elə adekvat reaksiya doğurmayıb. Orada sadəcə olaraq, sülhpərvərliyi qorxudan fərqləndirməyi öyrənməyiblər. Və belə görünür, terror rıçaqları vasitəsilə “vəziyyətə təkan vermək” – Gürcüstan ərazisindən keçən Azərbaycan-Türkiyə inftrastrukturuna zərvbə vurmaq qərarına gəliblər.

Məsələnin, nəhayət, daha bir tərəfi var: bəllidir ki, Ermənistan Rusiyanın forpostudur və onun adından əsas qərarlar Moskvada qəbul olunur. O Moskva ki, Azərbaycandan neft-qaz kəmərlərinin Rusiyadan yan keçməsində və Azərbaycan mavi qazının Avropa bazarında “Qazprom”un monopoliyasını sındırmasından heç də məmnun deyil. Üstəgəl, dünyanın dəmiryolu xəritəsində Bakı-Tiflis-Qars magistralının peyda olması da, yumşaq desək, Kremlə xoş getməyib. Rusiya KİV-lərindəki çaşqın-qıcıqlı şərhlər düşünmək üçün bu yöndə bol qida verir.

Ermənistanın əli ilə bütün bu qeyri-sərfəli infrastrukturu “param-parça eləmək” - əlbəttə ki, aldadıcı plandır. Bunlar məhkəmə üçün sübut deyil, amma Göksəl Gülbeyin açıqlaması ümumi mənzərəyə uyğun gəlir – rəsmə sonuncu “ştrix” kimi.

Fəqət, İrəvanda və Moskvada riskin dərəcəsinin görən fərqindədirlərmi? Gürcüstanın və Azərbaycanın xüsusi xidmət orqanları da boş yerə öz çörəklərini yemirlər. Və Cavaxetiyada terror müharibəsinin başlayacağı təqdirdə Ermənistanla bağlı qənaətlərin ortaya çıxmayacağı şansı, açığı, sıfıra bərabərdir. Məntiqlə, təkcə bu, İrəvanı məcbur eləməlidir ki, gürcü trekində üçqat ehtiyatlı olsun.

Ermənistanda başa düşməyə bilməzlər ki, Bakı, Tiflis və Ankaranın infrastruktur layihələrini pozmaq çətin ki, ona müyəssər olsun. Ancaq o halda əvəzində Gürcüstandan Ermənistana tranzit bağlanmış olacaq – özünün bütün fəlakətli nəticələri ilə birgə. Üstəlik, Azərbaycanın infrastruktur layihələrinin təkcə Azərbaycan üçün əhəmiyyət daşımadığı nəzərə alınarsa, o halda İrəvana, – təkcə İrəvana da yox, – dövlət terroru siyasətinə görə ittihamlardan yaxa qurtarmaq 90-cı illərin əvvəlləri ilə müqayisədə qat-qat çətin olacaq.

Rusiyaya qarşı sanksiyalar, “dünya izqoyu” və imic itkiləri də ciddiyə alınarsa, bu mülahizələrin təkcə İrəvanda deyil, Moskvada da qulaqardı edilməməsi tövsiyə edilir

Reaksiya.az

Şərhlər