Azərbaycan XİN-in sözçüsü: "20 yanvar faciəsi hələ beynəlxalq hüquqi qiymətini almayıb"

Azərbaycan XİN-in sözçüsü: "20 yanvar faciəsi hələ beynəlxalq hüquqi qiymətini almayıb"
Tarix: 16.01.2018 13:13
Oxunma sayı: 779
Paylaş:

"20 yanvar faciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb".

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in əməkdaşlarının iştirakı ilə 20 yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib. O bildirib ki, bu, Azərbaycana qarşı aparılan ikili standart siyasətinin tərkib hissəsidir: "Faciədən qısa müddət sonra Mixail Qarbaçova Nobel sülh mükafatı verildi. Hansı əməllərinə görə?"

H. Hacıyev qeyd edib ki, Azərbaycan xarici siyasətinin əsas hədəfi 20 yanvar faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və beynəlxalq aləmdə həqiqi məlumatların yayılmasından ibarətdir: "20 yanvar faciəsi 1988-ildə Ermənistanda başlayan etnik təmizləmə siyasətinin, Xocalı faciəsinin və Azərbaycan torpaqlarının işğalının tərkib hissəsidir. Sovet ordusu faciəni törədərkən Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edib. Onlar hücuma Əfqanıstan əməliyyatı kontekstində rəng verməyə çalışırdılar".

XİN rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda möhkəm dövlətçilik ənənələri, institutları var və Azərbaycan beynəlxalq münasibətlərin layiqli üzvüdür.(apa)

Reaksiya.az

Şərhlər