Miyatoviç Avropa Şurasının insan haqları komissarı oldu

25.01.2018 13:07     Siyasi reaksiya     1479

Bosniyalı hüquq müdafiəçisi Dunya Miyatoviç Avropa Şurasının insan haqları komissarı seçilib. Novator.az-ın məlumatına görə, o, yanvarın 24-ü Parlament Assambleyasında keçirilən səsvermədə 229 deputatdan 107-nin dəstəyini alıb.

Dunya Miyatoviç səlahiyyətlərinin icrasına aprelin 1-də başlayacaq. Hazırda insan haqları komissarı vəzifəsini Nils Muiznieks tutur.

53 yaşlı Dunya Miyatoviç Sarayevo və Bolonya universitetlərini, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbini bitirib. 2010-2016-cı illərdə ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi olub.

Avropa Şurasının insan haqları komissarı postu 1999-cu ildə təsis edilib. Komissarın səlahiyyət müddəti 6 ildir.

Şərhlər