Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı

26.01.2018 12:03     Siyasi reaksiya     2405

Azərbaycanın Rusiya ilə yeni hərbi sazişlər imzalamağa hazırlaşması düşmən ölkədə çaşqınlıq yaradıb; rusiyalı hərbi analitik: “Qarabağa təhlükə olsa, bu, Ermənistanın problemi olacaq, Rusiyanın yox”; erməni politoloq: “Moskva İrəvana qarşı Bakının əli ilə ikinci ”aprel" hazırlayır..."

Rusiya ilə Azərbaycan arasında hərb-texniki əməkdaşlıq işğalçı Ermənistanda daima ağrılı reaksiya doğurub. Ötən həftə Rusiyadan alınan yeni partiya hərbi texnikanın cəbhə bölgəsinə göndərilməsi də istisna olmayıb və belə görünür ki, düşmən ölkənin rahatlığını əməllicə pozub. Bunun ardınca Azərbaycan prezidentinin Davosda verdiyi son açıqlama İrəvanın çaşqınlığını bir qədər də artırıb.

“Yeni Müsavat” xatırladır ki, Azərbaycanın dövlət bacısı “RİA-Novosti”yə müsahibəsində Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparıldığını və bu istiqamətdə heç bir məhdudiyyət olmadığını deyib. “Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar gedir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”, - deyə o vurğulayıb. Prezident həmçinin bu yöndə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb. Onu da qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı əksər sazişlər icra olunub. Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini də söyləyib.

*****

Sözsüz ki, Azərbaycanla hərbi-texniki əməkdaşlıq, silah alveri sanksiyalar altında olan Rusiyaya ilk növbədə kommersiya maraqları baxımından vacibdir. İkinci yandan, bu tip əlaqələr həm də Bakı və Moskvanı bir-birindən asılı edir, aradakı siyasi bağlar və etimad möhkəmlənir. Erməni tərəfi ən çox qayğılandıran da budur.

 

Bu fonda Türkiyənin bölgədə güclənməkdə davam eləməsi və Rusiya ilə getdikcə daha anlaşıqlı dildə danışması İrəvanın xofunu artırıb. Hətta qardaş ölkənin Suriyada apardığı uğurlu antiterror əməliyyatı (“Zeytun budağı”) yekun etibarilə Ankaranın Moskva ilə birgə Güney Qafqaz problemlərinin həlinə də fəal girişə biləcəyi kontekstində analiz edilməkdədir.

Ancaq İrəvanın əsas başağrısı Moskvanın Bakı ilə hərbi sahədə işbirliyidir. Və düşmən ölkə şantaj da daxil, istənilən üsuldan yararlanmağa çalışır ki, bu əlaqələr pozulsun, Azərbaycanla Rusiyanın arası soyusun. Erməni KİV-lərində son günlər yer alan məqalə və təhlili yazılardan hasil olan qənaətlərdən biri də budur.

*****

Məsələn, “Yeni Müsavat”ın məlumatıma görə, rusiyalı ermənipərəst politoloq Aleksandr Skakov 1 in.am erməni nəşrinə deyib ki, Moskvanın Azərbaycan böyük həcmdə silah satması düzgün sayıla bilməz. “Amma indi ən əsası odur ki, yeni hərbi müqavilələr imzalanmasın”, - deyə o bildirib.

Erevan ile ilgili görsel sonucu

Ancaq qeyd etdiyimiz kimi, prezident İlham Əliyev artıq ermənilərin ovqatını təlx edən anonsu verib - hərbi əməkdaşlıq davam edəcək, üstəlik, yeni müqavilələr imzalanacaq.   

Digər rusiyalı tanınmış politoloq və hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Analiz Mərkəzinin direktor müavini Aleksandr Xramçixin öz növbəsində adıçəkilən sayta açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana silah satması ən əvvəl kommersiya xarakteri daşıda da, ortada siyasət də var. “Moskva bununla müəyyən mənada Azərbaycanı özünə bağlamış olur. Çünki həmişə belə olur ki, silah satışı siyasi əlaqələri də möhkəmlədir. Rusiya istəməzdi ki, Azərbaycan başqa təsir sferalarına keçsin - məsələn, Amerikanın və ya Türkiyənin. Bu üzdən Azərbaycanı silahla özünə bağlayır, üstəlik, burada ortaq neft məsələləri də var. Moskva Azərbaycanı öz əlindən tam buraxmaq istəmir” - ekspert bildirib.

Xramçixin Kremlin yanaşmalarında prinsipial dəyişikliklər görmür: “Rusiya özünü elə aparır ki, sanki Azərbaycanla Ermənistan arasında heç bir konflikt yoxdur. O, həm Ermənistan, həm də Azərbaycanla müstəqil əlaqələrə malikdir və həm bu, həm də digər tərəfə silah satır, bu zaman Ermənistanla KTMT üzrə əlaqələrdən də imtina eləmir”.

Aleksandr Xramçix ile ilgili görsel sonucu

Konkret olaraq , Dağlıq Qarabağ konfliktinə gəlincə, rusiyalı hərbi analitik hesab edir ki, müharibənin bərpa olunacağı halda Moskva İrəvan qarşısında öz öhdəliklərini yerinə yetirəcək. “Yəni söhbət sırf Ermənistanın özünə qarşı təcavüzdən gedir. Yox, əgər Qarabağa hücum olsa, bu, Ermənistanın problemi olacaq. Mahiyyət etibarilə belə yanaşma Azərbaycana silah tədarükündən əvvəl də, sonra da olub”, - deyə o əlavə edib.

*****

“Əminəm ki, Rusiya Azərbaycanı fasiləsiz şəkildə silahlandırmaqla Bakını təxribata çəkir, onu Qarabağa və Ermənistan qarşı müharibəyə təhrik edir ki, Ermənistanı  qəti şəkildə müstəqillik və suverenlikdən məhrum eləsin”. Bu sözləri isə “Yeni Müsavat”ın məlumatına  görə, erməni politoloq Levon Şirinyan erməni mətbuatına açıqlamasında deyib.

aprel müharibəsi ile ilgili görsel sonucu

Onun iddiasına görə, 2016-cı ilin aprel müharibəsi zamanı öz hədəfinə çatmayan Rusiya planın ikinci mərhələsinə keçmək istəyir: “Bu, çox təhlükəlidir. Ermənistan siyasi-hərbi rəhbərliyi dəqiq anlamalıdır ki, Putin Rusiyası mütləq ikinci cəhdini edəcək - Azərbaycan vasitəsilə Ermənistana çox şeyləri sırımaq istəyəcək. Qoy hakimiyyətin illüziyası olmasın: Rusiya Azərbaycanı  Ermənistana qarşı qaldıracaq. Bu vəziyyətdə bir yolumuz qalır: komplementar xarici siyasəti daha aktiv şəkildə aparmaq, Avropa ilə əlaqələri möhkəmlətmək və ilk növbədə daxili situasiyanı yaxşılaşdırmaq”.

*****

Əlbəttə ki, Rusiya Ermənistanın “ətini yesə də, sümüyünü atmaz”. Çünki regionda yeganə forpostu Ermənistandır. Moskvanın Cənubi Qafqazda legitim hərbi bazaları da yalnız işğalçı ölkədə mövcuddur. Bu da var ki, İrəvan Kremlin rüsxəti olmadan öz xarici siyasətində kəskin gediş və dönüşlər edə bilməz. Əks halda, xarici sərhədlərini də rusların qoruduğu Ermənistan şərt şəkildə cəzalanar. Cəza verməyin bir yolu da Qarabağ məsələsidir ki, bu xüsusda Şirinyanın təlaşına haqq qazandırmamaq olmur...

Reaksiya.az

Şərhlər