Bu gün AŞ PA-da Azərbaycan nümayəndəsinin məruzəsi dinləniləcək

26.01.2018 12:37     Siyasi reaksiya     1434

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun məruzəsi dinləniləcək.
 
Trend-in məlumatına görə, sessiyada V.Hüseynovun "Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi" mövzusunda məruzəsi dinləniləcək və müzakirə ediləcək.
 
Qeyd edək ki, ötən gün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın "Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması" mövzusunda məruzəsi dinlənilərək müzakirə edilib.
 
Xatırladaq ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.
 
Səfər yanvarın 28-də başa çatacaq.
 

Şərhlər