Hafiz Hacıyev rəqibinə cavab verdi - Getsin al-verini başqa yerdə eləsin

11.02.2018 18:03     Siyasi reaksiya     1862

Məlum olduğu kimi 11 aprel 2018 - ci il ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Artıq müəyyən şəxslər və partiyalar namizədliklərini verəcəkləri ilə bağlı açıqlamalar veriblər. Dünən də ''Sabitlik və İnkişaf Mərkəzi'' ictimai birliyinin sədri, ''İctimai Nəzarət Kolisiyasının'' rəhbəri Rasim Məmmədov da öz namiədliyini verəcəyi ilə bağlı təşkilatının iclasında açıqlama verib. R.Məməddov deyib ki, ''Hafiz Hacıyev kimi öz səviyyəsiz çıxışları ilə gündəmə gələn şəxslər prezidentliyə namizədliyini verirsə, mən də namizəd olmaqdan qürur duyaram''. Eyni zamanda R.Məmmədov bildirib ki, Hafiz Hacıyev onu yaxşı tanıyır, vaxtında H.Hacıyevə çox köməklik göstərib. Bu üzdən də H.Hacıyev ona heç nə deyə bilməz, deməyə haqqı çatmaz.

Deyilənlərlə bağlı H.Hacıyevlə əlaqə saxladıq. Müasir Müsavat Partiyasının sədri Rasim Məmmədovun onun haqqında dediklərinə münasibət bildirərək, bunları dedi: "Rasim Məmmədov kimdir, nəçidir o elə?! Mən heç elə adam tanımıram. Ona deyin, getsin al-verini başqa yerdə eləsin. O kimdir ki, gələ bizə söz deyə?! Mən onu tanımıram. Tanımadığım üçün də onun haqqında nəsə deyə bilmirəm. Yəqin mənim adımla gündəmə gəlmək istəyir".

Z.Qəriboğlu

Reaksiya.az

Şərhlər