Prezident Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışında iştirak edib

07.03.2018 11:05     Siyasi reaksiya     1519

Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

Sonda xatirə şəkli çəkdirilib.

Reaksiya.az

Şərhlər