Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək seçkilərlə bağlı qərar verdi

09.03.2018 11:54     Siyasi reaksiya     1466

AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib

Avropa Parlamentinin (AP) nümayəndələri Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcəklər. Reaksiya.az-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə bildirilir.
Burada qeyd olunur ki, AP seçkiləri müşahidə etməyəcəyi üçün proses və daha sonra elan olunacaq nəticələrlə bağlı hər hansı şərh verməyəcək: "AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir".

Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək. Bu hesabat AP-nin seçkilər mövzusunda rəsmi mövqeyini əks etdirəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də, Azərbaycanda isə aprelin 11-də keçiriləcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar