ABŞ-ın fəaliyyəti başa çatan səfiri Dağlıq Qarabağ münaqişəsindən danışdı: Yaddan çıxarmamalıyıq

28.03.2018 15:17     Siyasi reaksiya     855

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına kömək etmək lazımdır.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) diplomatın fəaliyyətinin başa çatmasına həsr olunan aylıq işgüzar naharında deyib.

Səfir qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini və münaqişəsinin beynəlxalq prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına kömək etmək lazım olduğunu yaddan çıxarmamalıyıq".

 

R.Sekuta bildirib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə yeni imkanlar təqdim edir, həmçinin onun beynəlxalq əhəmiyyətinin artmasına şərait yaradır:

"Azərbaycan öz coğrafi mövqeyi sayəsində Avropadan Mərkəzi Asiya vasitəsilə Əfqanıstana hərbi yüklərin göndərilməsi üçün həyati əhəmiyyətli nəqliyyat kanalı olan "Şimal paylayıcı şəbəkəsi"nin mühüm tərkib hissəsinə çevrilib".

Bu il Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd edildiyini xatırladan diplomat deyib ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsidir: "Bu gün Azərbaycan dünyəvi müsəlman ölkəsi, eləcə də müxtəlif etnik və dinlərarası tolerantlıq ölkəsi olaraq dünyaya nümunədir". (tren)

Reaksiya.az

Şərhlər