Prezident ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüşdü

30.03.2018 11:57     Siyasi reaksiya     1332

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Korin Yonkeri qəbul edib.

Reaksiya.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə  Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

Reaksiya.az

Şərhlər