Milli Məclisin xüsusi plenar iclası başlayıb

30.03.2018 12:16     Siyasi reaksiya     1403

Milli Məclisin xüsusi plenar iclası başlayıb.

İclas Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub.

İclası açıq elan edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, erməni şovinislərin və onları dəstəkləyən qüvvələrən Azərbaycan xalqına qarşı düşməçilik siyasətinin 200 ilə yaxın yaşı var. Spiker bildirib ki, Çar Rusiyası Qafqazda öz dayaqlarını möhkəmləndirmək üçün İrandan və Osmanlı İmperiyasından məqsədli şəkildə bir milyona yaxın ermənini Azərbaycan ərazilərinə köçürüb: “Ümumiyyətlə böyük dövlətlər öz məqsədləri üçün erməni amilindən istifadə edib ələ keçirmək istədiyi əraziləri işğal etmək üçün erməni şovinisləri ilə müxtəlif dövürlərdə Azərbaycanda və Şərqi Anadoluda soyqırımlar törədiblər. Mart soyqırımı isə bu cinayət əməli ən dəhşətlisi oldu, Bakıda 12 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirildi”.

Reaksiya.az

Şərhlər