XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir

12.04.2018 12:02     Siyasi reaksiya     1105

Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir.

Trend-in məlumatına görə, bunu Rusiyanın XİN-də "Vestnik Kavkaza” agentliyinin münaqişənin sülh yolu ilə həlli üzrə vasitəçilərin iki illik fəaliyyətinin yekunları haqqında suallarını cavablandırarkən bildiriblər.
 
Nazirlikdən bildiriblər ki, ilk öncə, Cənubi Qafqaz Rusiya üçün böyük əhəmiyyət kəsb edir: "Əminliklə bir şeyi deyə bilərik: MDB məkanında tərəfdaşlarla sıx qarşılıqlı fəaliyyət üzrə strateji kurs dəyizməz qalır. Rusiyanın xarici siyasət xəttinin mühüm regional istiqamətlərindən biri də Cənubi Qafqazdır”.

"Biz ardıcıl olaraq orada sülh və əmin-amanlığın bərqərar olmasında, sərhədlərin açılmasında və ticarət əlaqələrin bərpa olunmasında maraqlıyıq. Məhz buna görə, münaqişələrin həllinə dəstək, xüsusən də, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Rusiya Federasiyasının Xarici siyasət konsepsiyasında əksini tapan prioritetlərimizə aiddir”, deyə nazirlikdən bildiriblər.

XİN həmçinin qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunda sədrliyini, Azərbaycan və Ermənistan hakimiyyətləri ilə birgə üçtərəfli formatda əldə olunun razılıqları nəzərə alaraq vasitəçilik işini davam etdirəcək.
 

Şərhlər