İki liderin İrəvana son mesajı - tarixi şans qaçırılsa..

26.04.2018 11:36     Siyasi reaksiya     1511

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə ikigünlük səfərdə olub. 11 aprel seçkilərindən sonra onun xaricə ilk ziyarəti qardaş ölkəyə etməsi təbiidir və öncəliklə Ermənistana aydın bir ismarışdır. O mənada ki, iki qardaş ölkə bütün regional məsələlərdə olduğu kimi, Qarabağ, erməni işğalı məsələsində də daima sinxron siyasət yürüdüb və bundan sonra da yürüdəcək.

Azərbaycan və Türkiyənin müştərək Qarabağ hədəfi; Ermənistanı çökdürən tək səbəb; geri dönüş mümkündür, əgər...;  işğalçı ölkədəki inqilab erməni xalqının böyük aldanışına da gətirə bilər; politoloq: “Ermənistan vəhşi siyasətindən əl çəkməlidir...”Bu siyasətin mühüm tərkib hissələrindən biri isə Ermənistanı təcrid yolu ilə iqtisadi cəhətdən taqətdən salıb çökdürməkdir. Son günlər işğalçı ölkədə yaşanan olayların səbəblərindən biri də budur. 

Gözlənildiyi kimi, qardaş məmləkətdə iki strateji müttəfiq dövlətin başçıları Qarabağ mövzusunu da diqqətdə saxlayıb. Nəzərə alsaq ki, hazırda işğalçı Ermənistanın özündə kritik proseslər gedir: xunta rejiminin başçısı Serj Sərkisyan devrilsə də, inqilabi proseslər hələ başa çatmayıb (yazı hazırlanarkən Nikol Paşinyanın başçılığı ilə İrəvanda yeni kütləvi mitinqlər başlamışdı), o zaman məsələyə Ankara və Bakının daha həssas yanaşdığını söyləmək olar.

*****

Siyasi analitiklər isə Ermənistanda baş verənləri erməni xalqının düşdüyü ağır siyasi-iqtisadi böhrandan çıxmaq üçün növbəti, bəlkə də sonuncu şans olacağını istisna etmirlər. Bundan ötrü, əlbəttə ki, ilk növbədə əsas qonşuları - Türkiyə və Azərbaycanla münasibətlərini düzəltmək gərəkdir. İnqilabı yönləndirənlərin belə bir niyyəti varmı?                                    

“Ermənistan öz subyektliyini və suverenliyini yarımçıq ifadə edən məmləkətdir. Onun ən böyük gözləntisi Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməsidir. Ancaq həmin münasibətlərin olmamasının səbəbkarı elə Ermənistanın özüdür”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı bu məsələlərin də müzakirəsi aparılıb.

Tofiq Abbasov ile ilgili görsel sonucu

“Bölgədəki vəziyyətdə Ermənistan həmişə risk mənbəyi kimi qiymətlənidirilir. Bu həm Ankaranın, həm də Bakının yanaşmasına xasdır. Ermənistanda baş verən proseslərə Türkiyə və Azərbaycan yuxarıdan aşağı baxır. Bizim ölkələr imkanlı məmləkətlər olduğu üçün çalışır ki, bölgədəki proseslər, inteqrasiya meyilləri zəifləməsin. Bu baxımdan da mövcud risklərin neytrallaşması üçün bütöv variantlar hesablanaraq nəzərdən keçirilir. Hazırda Azərbaycan və Türkiyə arasında gedən yüksək səviyyəli görüşlərdə ikitərəfli münasibətlərin hamısı müzakirə olunur, yeni əməkdaşlıqla bağlı məsələlər öz təsdiqini tapır. Azərbaycanla Türkiyə regionda sabit, güclü, ixtiyar sahibi subyekt kimi bu proseslərə nəzər salacaq və Ermənistanda baş verən proseslərin mahiyyətini, görünməyən tərəflərini nəzərdən keçirəcəklər. Geosiyasi baxımdan bu, təbii olan məsələdir”, - deyə o qeyd edib.

Sargsyan out ile ilgili görsel sonucu

Politoloq bildirib ki, Ermənistanda hakimiyyətə gələcək yeni siyasi elita etdiyi səhvlərdən düzgün nəticə çıxararsa, Azərbaycan və Türkiyə Ermənistana kömək etmək iqtidarındadır: “Artıq Serj Sərkisyan proseslərdən uzaqlaşdırıldı. Ola bilsin ki, bölgədəki vəziyyət müsbət tərəfə dəyişsin. Bu isə Ermənistanda  hakimiyyətə gələcək şəxslərin aparacağı siyasətdən asılıdır. Hakimiyyətə gələn şəxslər öncə özlərinə hesabat verməlidirlər ki, nəyə görə bu ölkə 20-25 ildir proseslərdən təcrid olunub?! Niyə onun beynəlxalq əməkdaşlıq proqramlarında iştirakı sıfıra bərabərdir?! Bunların hamısının səbəbi Ermənistanın özünün qonşuluq siyasətinin dağıdıcısı kimi çıxış etməsidir. Ermənistan vəhşi siyasətindən əl çəkməlidir. İrəvan özünü normal şəkildə ifadə edərsə və işğalçılıq siyasətindən əl çəkib, qonşularına qarşı utopik ərazi iddialarını bir kənara qoyarsa, onda qonşu dövlətlər Ermənistanın defolt vəziyyətindən çıxması üçün imkan yaradacaq”.

Şübhə yox ki, son Əliyev-Ərdoğan görüşündən “əzabkeş xalq”a, İrəvana ünvanlanan əsas mesaj da elə bundan ibarətdir ki, işğalçı tərəfin “daşı ətəyindən tökmək” zamanı yetişib... 

*****

Pashinyan yerevan ile ilgili görsel sonucu

“Bütün İrəvan Sərkisyanın istefasını bayram edir. Görünür, son illər Sərkisyan real olaraq populyar olmayıb. Bu, inqilabın birinci səbəbidir. İkinci səbəb - adamlar səfalət və perspektivsizlikdən yorulublar”. “Yeni Müsavat”ın məlumatlarına görə, bu haqda rusiyalı tanınmış politoloq, prezident Putinin səlahiyyətli nümayəndəsi Sergey Markov yazıb.

“25 ildir ölkə Dağlıq Qarabağa görə blokada şəraitindədir, iqtisadiyyat real olaraq çətinlik içindədir. Üçüncü səbəb də elə budur ki, adamlar Qarabağ klanından yorulublar - hansı ki, uzun müddətdir ölkəni öz maraqları naminə idarə edir. İnqilabın dördüncü səbəbi  - ABŞ hər şey edir ki, Rusiyanın bütün müttəfiqlərini əlindən alsın. Dördüncü səbəb - diaspora, məhz o, sosial şəbəkələr vasitəsilə inqilabın əsas qüvvəsi olub. Sərkisyanı məhz diaspora devirdi”, - deyə politoloq qeyd edib.

Putinin danışmanının fikrincə, indi əsl vaxtıdır ki, Rusiya özünün Ermənistandakı maraqlarının nədən ibarət olduğunu dəqiqləşdirsin. “Dəqiqləşdirsin və Rusiyanın təməl maraqlarına uyğun siyasətini dəyişdirsin”, - deyə o əlavə edib.

*****

Beləliklə, aydın olan odur ki, Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, Qarabağ problemini həll eləmədən yerdə qalan 4 problemi aradan qaldıra, öz xalqının xidmətçisi ola, onun durumunu yaxşılaşdıra bilməyəcək. Odur ki, ermənilərin növbəti böyük aldanışı da istisna deyil.    

Pashinyan yerevan ile ilgili görsel sonucu

Bu yerdə Ermənistandakı inqilabın əsas fiquru Nikol Paşinyanın siyasi bioqrafiyasında onun Dağlıq Qarabağ məsələsinə baxışını əks etdirən bəzi məqamları diqqətə çatdırmağa dəyər. Məsələ ondadır ki, Qarabağdakı separatçı qurumun “müstəqilliyini” tanımaq tərəfdarları olan Paşinyan da daima Serj Sərkisyanı bunda ittiham edib ki, “Ermənistan strateji tərəfdaş Rusiyanın dəstəyi və müdaxiləsi ilə Azərbaycanla hərbi balans məsələsində uduzub”, Qarabağ danışıqlarında Xankəndinin iştirakının tərəfdarı olub. “Aprel hadisələrinin təkrarlanmaması üçün Azərbaycana elə zərbə endirmək lazımdır ki, zəmanətimiz olsun ki, Azərbaycan hakimiyyəti, Əliyev heç olmasa bir il şok vəziyyətindən çıxa bilməyəcək”. Bunu da vaxtilə o deyib.

2017-ci ildə parlamentdəki çıxışında isə bildirib ki, hazırda Qarabağ konfliktinin dinc yolla nizamlanması mümkün deyil: “İlk növbədə Qarabağ məsələsi ətrafında yaranmış vəziyyəti ciddi dərk etmək lazımdır, nəyin baş verdiyini anlamaq lazımdır. Qüvvələr balansının pozulması baş verib. Azərbaycan 7 milyard dollarlıq silahı ona görə almayıb ki, güzəştə getsin. Bizə deyirlər, madam ki, Azərbaycan 7 milyardlıq silah alıb, əziz xalqımız, gəlin, təslim olaq. Biz də deyirik ki, xeyir, belə deyil. Biz ordunun xərclər strukturunun dəyişdirilməsi hesabına, hərbi-sənaye kompleksini formalaşdırmaqla hərbi qüvvələr balansını bərpa etməliyik. Bugünkü vəziyyət məsələnin hərbi yolla həllini ortaya qoyur, sülh yolu mümkün görünmür” (“Turan”).

Ancaq yəqin Paşinyana da aydındır ki, Rusiyanın dəstəyi olmadan müharibə yolu Ermənistan adlı kvazi-dövlət üçün tam iflas və kapitulyasiya yoludur. O isə özünü rusiyayönlü saymır. Daha doğrusu, “nə rusiyayönlüyük, nə də qərbyönlü” deyir. Bunun belə olub-olmadığını bilmək üçünsə çox gözləmək lazım gəlməyəcək...         

Şərhlər