Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian mayın 27-də Azərbaycana səfərə gələcək.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə münasibətilə Bakıda keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Jan-İv Lö Drian həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşəcək. Görüşlərdə, əsasən, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Fransa XİN başçısı bir gün əvvəl, mayın 26-da Tbilisidə səfərdə olacaq, Gürcüstan Respublikasının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılacaq.

Reaksiya.az

Advertisement Banner

Şərhlər