Almaniyadan Qarabağda dəhşətli MÜHARİBƏ XƏBƏRDARLIĞI: Tərəflər faktiki olaraq...

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan müharibəyə hazırlaşır.

Almaniyalı politoloq Aleksandr Rar Ermənistan mediasında müsahibəsində tərəflərin müharibəyə hazırlaşdığını deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı danışıqların dəyişəcəyini proqnozlaşdırmaq olmur.

“Tərəflər faktiki olaraq müharibəyə hazırlaşdıqlarını açıq şəkildə elan edirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri bundan sonrakı mərhələdə daha çox gərginliyin aradan qalxması və təhlükənin dəf edilməsi istiqamətində səy göstərəcək”, - deyə almaniyalı politoloq qeyd edib.

Rusiyalı hərbi ekspert Pavel Felqenqauera da tərəflər arasında müharibə ritorikasının gücləndiyinə diqqət çəkib.

“Ermənistanın yeni baş naziri diplomatiya və hərbi ritorikanı bir-birinə qarışdırır, danışıqlar prosesində diktə edən tərəf olmaq arzusuna çatmaq istəyir və bunu diplomatiya adlandırmaq çox çətin olar. Təbii ki, Azərbaycanın bu vəziyyətdə Qarabağın danışıqlar prosesində iştirakı ilə razılaşmayacağı aydındır. Böyük ehtimalla müharibəyə hazırlıqlar aparılır”, - deyə hərbi ekspert bildirib.(publika)

Reaksiya.az

Advertisement Banner

Şərhlər