Milli Məclis bu qanuna yenidən baxır - Oqtay Əsədov zəruri SƏBƏBİ AÇIQLADI

29.06.2018 12:27     Siyasi reaksiya     886

Milli Məclisin növbədənkənar plenar iclası keçirilir.

Spiker Oqtay Əsədov bildirib ki, gündəlikdəki məsələlərin sayı artırılıb:

“İclasın gündəliyinə 39 məsələ var idi. Ötən iclasdan qalan "Dövlət rüsumu haqqında" qanun da gündəliyə əlavə edilib. Bu gün 40 məsələ müzakirə ediləcək”.

Spikerin sözlərinə görə, ilk olaraq “Dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq:

“Cari ilin ilk 4 ayında strateji valyuta ehtiyatı 43 milyard dollar olub. Büdcə gəlirləri proqnozdan yüksək olub. Bu artım ilin qalan dövründə də davam edəcək. Buna görə də “Dövlət büdcəsi haqqında” dəyişiklik etmək zərurəti yaranıb”.

Reaksiya.az

Şərhlər