Baş nazirin müavini: “Məqsədlər ona yönəlib ki, 2030-cu ilə qədər Azərbaycan daha da inkişaf etsin, daha sosialyönümlü cəmiyyət yaransın”

02.07.2018 15:13     Siyasi reaksiya     879

“Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası indiyədək xeyli işlər görüb. Əminəm ki, görülən işlərlə hədəflərə doğru addım atılıb. Hökumətin apardığı işlər nəticəsində məqsədə çatmış olacağıq, prosesə müsbət töhfəmizi verəcəyik”.

Bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin Milliləşdirilməsi və Prioritetləşdirilməsi üzrə seminar”da deyib.

Onun sözlərinə görə, bütün səylər və məqsədlər ona yönəlib ki, 2030-cu ilə qədər Azərbaycan daha da inkişaf etsin, daha sosialyönümlü cəmiyyət yaransın: “Dayanıqlı inkişaf məqsədləri ilə bağlı Azərbaycanın atdığı addımlara beynəlxalq səviyyədə dəstək verilir”.

Reaksiya.az

Şərhlər