Əli Həsənov türk mediasına: Ordumuza bir ay bəsdir

Türkiyə də, Azərbaycan da son dövrlərdə müstəqil xarici siyasət həyata keçirir. Sözügedən müstəqil xarici siyasət hər sahədə milliləşməni istəyən iki ölkənin daha güclü münasibətlər qurmasının önünü açır. Türkiyə və Azərbaycan “bir millət - iki dövlət” olaraq bütün beynəlxalq tədbirlərdə birlikdə hərəkət etmək və bir-birilərinin hüquqlarını qorumaq barədə həmfikirdir.

Reaksiya.az xəbər verir ki, Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı Həsən Öztürk Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu fikirlərini türkiyəli jurnalistlərlə söhbətin qısa icmalı olaraq təqdim edib.

Dağlıq Qarabağ problemini yaxından izlədiyini qeyd edən türk həmkarımız Əli Həsənova bu mövzu ilə bağlı suallar da ünvanlayıb. H.Öztürk Əli Həsənovun jurnalistlərin sualına verdiyi bu cavab tirajlayıb:

“Azərbaycan Ordusu öz imkanları ilə bir aya Qarabağı azad etmək gücünə və bacarığına sahibdir. Ancaq biz aparılan beynəlxalq diplomatiyanı önəmsəyirik. O prosesləri diqqətlə izləyirik. Gün gələr və diplomatiya fayda verməzsə, biz də güc tətbiq etmək məcburiyyətində qalarıq. Sizə söyləyirəm, bir ay ərzində milli ordumuz torpaqlarımızı azad edər, Ermənistan işğalına son qoyar”.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar