Türkiyə üzərindən İrəvana savaş mesajı: - “Bizə bir ay da bəsdir...”

Ermənistanda son vaxtlar güclənən ikili xofun tək səbəbi; Bakı üçün yaxınlaşan “qızıl saat” – müharibənin tətiyi hər an çəkilə bilər; erməni müdafiə naziri: “Bakıdakı paradda göstərilən hərbi texnikadan narahatıq, onların necə əldə edilməsi bizi düşündürür...”

Azərbaycan ordusunun ötən ay Naxçıvan istiqamətində reallaşdırdığı blits-uğuru Ermənistandakı yeni rəhbərlik heç cür həzm edə bilmir. İrəvanda artıq əminlik var ki, Rusiya Paşinyan hökumətinə inam bəsləmədiyi üçün belə bir insidentə, Bakının hərbi hərəkətinə göz yumub. Demək, davamı daha ağır gələ bilər. 

Əslində erməni tərəfinin təlaşı əsaslıdır. Azərbaycan ordusuna ərazilərimizi işğaldan azad eləməyə isə yalnız Rusiya əngəli mövcuddur. Bunu ermənilər də, onların yeni rəhbərliyi də bilir. Təsadüfi deyil ki, ötən həftə keçirdiyi mətbuat konfransında baş nazir Nikol Paşinyan beləcə də demişdi: “İnanmaq istərdim ki, Rusiya müharibəyə imkan verməz”.

Yəni artıq Paşinyan özü də şübhələnməyə başlayıb ki, Moskva günün birində Bakıya hərəkətə keçmək üçün “dobro” verə bilər. Özü də iki istiqamətdə - Naxçıvan və Qarabağ. Yəni əsas qüvvəsini Naxçıvanla sərhədlərə cəmləşdirməli olan Ermənistan Qarabağ cəbhəsində daha zəif bir duruma düşər və Azərbaycan qısa zamanda böyük bir ərazini azad edər.

*****

David Tonoyan ile ilgili görsel sonucu

“Naxçıvan istiqamətində Azərbaycanın qoşun hissələri cəmləşdirməsi xüsusi narahatlıq doğurur”.

Bu sözləri Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyada mənzillənən “EADaily” portalına müsahibəsində deyib. “Azərbaycan qoşunlarının təkcə Qarabağda deyil, Ermənistanla dövlət sərhədi boyu, xüsusən Naxçıvan istiqamətində cəmləşməsi və fəallaşması haqda deyilənlər doğrudur. İrimiqyaslı hərbi əməliyyatların bərpa edilməsi ehtimalı Bakının danışıqlar prosesindəki ”maksimalist tələbləri" nəzərə alınmaqla həmişə yüksək olub", - deyə nazir bildirib (virtualaz.org).

Erməni müdafiə nazirinin sözlərinə görə, Azərbaycan qoşunlarının Naxçıvan istiqamətində cəmləşdirilməsi həm də o səbəbə xüsusi narahatlıq doğurur ki, bu istiqamətdə istənilən eskalasiya digər regional oyunçuların da cəlb olunduğu böyük böhrana səbəb ola bilər. Tonoyan Azərbaycanın hərbi paradda nümayiş etdirdiyi silahlardan da danışıb. “Əlbəttə, biz bu silahlardan narahat oluruq. Xüsusilə həmin hərbi texnikanın necə əldə edilməsi bizi düşündürür”, - deyə o bildirib.

David Tonoyan naxçıvan ile ilgili görsel sonucu

O, Türkiyə-Azərbaycan hərbi ittifaqından da narahat olduqlarını dilə gətirib: “Bu ittifaq Ermənistan üçün narahatlığın əsas mənbəyidir. Azərbaycan ərazilərin qaytarılması ilə bağlı Ermənistanı müharibə ilə hədələyir, Türkiyə də bununla bağlı Bakıya hər cür köməklik göstərir”.

Azərbaycan türkiyə hərbi ile ilgili görsel sonucu

*****

Göründüyü kimi, erməni nazir müharibə xofunu gizlətməyib. Bu xofa qarşı “peyvənd” qismində isə onlar ənənəvi olaraq Rusiyanı görürlər. Di gəl, bu arada Ermənistanda 102 saylı Gümrü hərbi bazası ətrafında növbəti isteriya baş qaldırıb. İş o yerə çatıb ki, Panik kəndində yaşanan məlum insidentdən sonra Paşinyana yaxın qərbçi nəşrlər Ermənistan-Rusiya münasibətlərini ölkənin suverenliyi üçün təhdid adlandırmağa başlayıb.

“İrəvanda və Moskvada anlayırlar ki, əgər gərginlik dayanmasa, ya İrəvan öz dövlətçiliyi ilə vidalaşacaq, ya da Rusiya Qafqazdakı yeganə müttəfiqini itirəcək. İki ölkənin münasibətləri suverenliyə qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ermənistan hökuməti məhz bunu etmək istəyir”, - deyə həmin nəşrlərdən birinin şərhçisi yazıb.

David Tonoyan gümrü ile ilgili görsel sonucu

Ancaq məsələ də ondadır ki, vassalla ağanın statusu eyni ola bilməz. İşğalçı Ermənistan indiki aşağılayıcı statusu ilə razı deyilsə, o zaman gərək ayrı aqibətə hazır olsun: bölgədə özünə layiqli yeri qəbul eləsin, Dağlıq Qarabağ və digər ərazilərin işğalından, qonşulara qarşı əsassız ərazi iddialarından dərhal imtina eləsin. O zaman Ermənistan adlı qondarma dövlətin hansısa suverenliyindən danışmaq mümkün ola bilər.

Yəni dəfələrlə yazdığımız kimi, Ermənistanın ən güclü təhlükəsizlik zəmanəti quru sərhədinə malik olmadığı Rusiyaya yox, ilk növbədə öz əsas qonşuları ilə - Türkiyə və Azərbaycanla dil tapıb əmin-amanlıq içində yaşamağa bağlıdır. Əfsus ki, erməni siyasi və ictimai fikri hələ də bu reallığı qəbul etməyə hazır deyil. Əksinə, son hakimiyyət çevrilişindən sonra özlərinə bir az da vurulublar - hərçənd təlaş və xofları da artıb.

*****

Eduard Şarmazanov ile ilgili görsel sonucu

“Gümrüdəki Rusiya bazasının saxlanması Ermənistan həyati əhəmiyyət kəsb edir. 102 saylı bazanın çıxarılması ilə bağlı spekulyasiya yolverilməzdir. Belə şeylər antidövlət mahiyyəti daşıyır və ölkənin maraqlarından qaynaqlanmır”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan parlamentin vitse-spikeri, keçmiş prezident Serj Sərkisyana sadiq adamlardan olan Eduard Şarmazanov deyib.

O, bazanın çıxarılması tərəfdarlarını o halda Türkiyə ilə sərhədləri kimin qoruyacağı haqda ciddi düşünməyə çağırıb. “Onlar Türkiyənin Ermənistan üçün hansı təhlükə daşıdığını unudublar. Yaxud unudublar ki, 4 günlük aprel müharibəsi zamanı Ankara 5 antierməni bəyanatı ilə çıxış edib. Bazanın mövcudluğunun alternativi yoxdur. Eyni qaydada Ermənistanın KTMT-də üzvlüyünün alternativi yoxdur”, - deyə Şarmazanov təlaşla bildirib.

Paşinyan ile ilgili görsel sonucu

Ancaq bu da faktdır ki, işğalçı ölkənin hazırkı rəhbərliyinin xarici siyasət oriyentirləri ən azından qeyri-müəyyəndir: baş nazir Nikol Paşinyan və onu tərəfdarları qərbyönlü siyasətçilərdir, hərçənd yorulmadan iddia edir ki, Ermənistan “Rus NATOS-su” sayılan KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmağa hazırlaşmır. Ancaq paradoks ondadır ki, belə bəyanatlar fonunda Qərbdən öz ölkəsinə qarşı daha böyük diqqət, yəni pul-para, siyasi himayə tələb edir, hətta təhlükəsizlik zəmanəti umur.

Məntiqlə Ermənistan KTMT-ni və Avrasiya İttifaqını tərk eləməyə hazırlaşmırsa, o zaman nədən narahatdır? Və hansı əsasda Qərb bu lütfü ona göstərməlidir? Elə ona görə də bu lütfü göstərmir. Daha dəqiqi, ermənilərin umduğu lütfü, himayəni göstərmir.

*****

Azərbaycan isə istər Qarabağ və Ermənistan ətrafında, istərsə də Moskva-İrəvan münasibətlərindəki gəlişmələri diqqətlə izləyir və öz “qızıl saatı”nı gözləyir - həm də qardaş Türkiyə ilə uzlaşma rejimində. Bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Türkiyə mediasına müsahibəsi də təsdiqləyir.     

“Türkiyə və Azərbaycan son dövrlərdə müstəqil xarici siyasət həyata keçirir. Sözügedən müstəqil xarici siyasət hər sahədə milliləşməni istəyən iki ölkənin daha güclü münasibətlər qurmasının önünü açır. Türkiyə və Azərbaycan ”bir millət - iki dövlət" olaraq bütün beynəlxalq tədbirlərdə birlikdə hərəkət etmək və bir-birilərinin hüquqlarını qorumaq barədə həmfikirdir".

Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, ötən həftə Bakıda olmuş Həsən Öztürk Əli Həsənovun bu fikirlərini türkiyəli jurnalistlərlə söhbətin qısa icmalı olaraq təqdim edib (axar.az). Qarabağ problemini yaxından izlədiyini qeyd edən türk həmkarımız Əli Həsənova bu mövzu ilə bağlı suallar da ünvanlayıb. Öztürk Əli Həsənovun jurnalistlərin sualına verdiyi aşağıdakı cavab tirajlayıb: “Azərbaycan ordusu öz imkanları ilə bir aya Qarabağı azad etmək gücünə və bacarığına sahibdir. Ancaq biz aparılan beynəlxalq diplomatiyanı önəmsəyirik. O prosesləri diqqətlə izləyirik. Gün gələr və diplomatiya fayda verməzsə, o zaman biz də güc tətbiq etmək məcburiyyətində qalarıq. Sizə söyləyirəm, bir ay ərzində milli ordumuz torpaqlarımızı azad edər, Ermənistan işğalına son qoyar”.

*****

İrəvana verilən bu mesaj Türkiyə üzərindən verilməsi ilə ikiqat önəm kəsb edir. O Türkiyə ki, Rusiya ilə inkişafda olan əlaqələri hesabına Moskvanı Qarabağ məsələsində daha ədalətli mövqe tutmağa vadar edə bilər. Erməni tərəfinin təlaşı həm də buradan qaynaqlanır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar