Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

17.08.2018 13:08     Siyasi reaksiya     838

Ermənistan KİV-ləri eks-prezident Robert Köçəryanın ötən gün “Yerkir Media” telekanalına verdiyi müsahibənin yeni fraqmentlərini yayıb. Virtualaz.org xəbər verir ki, Köçəryan müsahibədə Qarabağ məsələsindən də danışıb və Ermənistandakı hadisələrin Qarabağa da təsir etdiyini deyib.

“Aydındır ki, Ermənistandakı hadisələr müəyyən dərəcədə Qarabağa təsir edib. Və bu haqda Bako Saakyan da danışıb. Hesab etmirəm ki, orada proseslər Ermənistandakı ilə eynidir, çünki Qarabağdakı situasiya Ermənistandakı situasiyadan fərqlənir, amma müəyyən oxşarlıq əlbətdə var. Qiymət vermək istəmirəm, çünki son vaxtlar Qarabağda olmamışam. Ola bilsin Bako Saakyanla görüşmək və birinci əldən informasiya almaq lazım gələcək”-Köçəryan bildirib.

Eks-prezident baş nazir Nikol Paşinyanın hakimiyyətə təzə gələndə qarabağlı olmadığı üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatının olmadığı haqda bəyanatına da toxunub.

 

“Hamı görəcək ki, o danışıqlara gedəcək, artıq belə bəyanat verib. Mən bunu (Paşinyanın Dağlıq Qarabağın adından danışıqlar aparmamaq barədə dediklərini) təcrübəsizliklə əlaqələndirirəm, görünür onlar təsəvvür etməyiblər ki, danışıqlardan imtina nədir və bunun hansı nəticələri olacaq. Ermənistanın birinci şəxsi yaxasını kənar çəkə deyə bilməz ki, “mən əllərimi yuyuram”. Hətta ən pis danışıqlar da müharibədən yaxşıdır və danışıqlar ümumiyyətlə yoxdusa o zaman müharibə yeganə yoldur”-o deyib.

Köçəryan bunu da bildirib ki, Qarabağ məsələsində Paşinyanla məsləhətləşmələr aparmağa və təcrübəsini bölüşməyə hazırdır. “Mən hazıram. Heç vaxt danışıqlardan qaçmamışam. Üzərinə məsuliyyət götürməyi bacarmaq və uğur əldə etməyə çalışmaq lazımdır, dovşan kimi qaçmaq yox”-Köçəryan bildirib.

Reaksiya.az

Şərhlər