Mixail Boçarnikov: "Məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılıq əldə etməsi üçün onlara dəstək verməkdir"

20.08.2018 12:34     Siyasi reaksiya     818

"Rəsmi mövqeyimiz çox aydındır və hamıya bəllidir. Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk qrupu prizmasından baxırıq. Məqsədimiz münaqişə tərəflərinin razılıq əldə etməsi üçün onlara dəstək verməkdir".

Reaksiya.az "Report" a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, hazırda danışıqlar prosesində tərəflərin bir-biri ilə tanış olması üçün müəyyən addımlar atılır.

Reaksiya.az

Şərhlər