Azərbaycan prezidentinin Rusiyaya səfəri gözlənilir

Rusiyanın yeni səfiri Mixail Boçarnikov mətbuat konfransı keçirib

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya dövlət səfəri olacaq. Virtualaz.org xəbər verir ki, bunu Rusiyanın Bakıda səlahiyyətlərinin icrasına yeni başlayan səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

Diplomat bildirib ki, səfərin tarixi hazırda dəqiqləşdirilir. Bundan əvvəl Azərbaycan prezidentinin Rusiyaya sentyabrın 1-də səfər edəcəyi haqda məlumatlar açıqlanmışdı.

Mixail Boçarnikov mətbuat konfransında daha sonra deyib:  “Yaxın zamanda Azərbaycan və Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementlərinin daxil olacağı sənədlər paketinin imzalanması gözlənilir”. (modern.az).   

“Bu sənəd əsas yanaşmanı qeydə alacaq. İlk növbədə, əmtəə dövriyyəsinin artırılmasını qarşıya məqsəd qoymuşuq. Bu rəqəm 2017-ci ildə 2,6 milyard dollar təşkil edib. Onun daha da artacağına ümid edirik”, - o bildirib.

Mixail Boçarnikov ile ilgili görsel sonucu

Səfirin sözlərinə görə, ölkələr sənaye, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər: “Tezliklə Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəksiniz və bu, daha da yaxınlaşmaq üçün fon yaradacaq. Sədrləri dəyişən İş Şurasının son zamanlarda fəallığı artıb. Bu mövqelərə energetika sahəsində münasibətlərimizin təşviqində maraqlı olan insanlar gəlib. Bizim tərəfdən şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətini planlaşdıran zaman biznes maraqları nəzərə alınmalıdır. İlin sonuna qədər iqtisadi əməkdaşlığımıza stimul veriləcək”.

Səfir Boçarnikov bildirib ki, Rusiya heç kimi seçim qarşısında qoymağa çalışmır. “Hesab edirəm ki, Rusiya və Azərbaycan suveren, dayanıqlı və sabit dövlətlərdir və onlar beynəlxalq arenada özləri üçün dostlar dairəsini müəyyən etmək iqtidarındadırlar”-diplomat deyib.

ABŞ ilə Rusiya arasındakı qarşıdurma fonunda Bakının Moskva və Vaşinqtonla münasibətləri haqqında sualı cavablandırarkən diplomat bildirib ki, Rusiya öz tərəfindən Azərbaycanla qarşılıqlı fəaliyyət və əməkdaşlığın daha sıx olması üçün mümkün olan hər şeyi edəcək: “Birqütblü dünyanın vaxtı keçib, o, daha işləmir. Dünyada müxtəlif təsir mərkəzləri, münasibətlərini milli maraqları əsasında quran çox sayda güclü ölkə var. Azərbaycanın siyasətini qiymətləndirməyim düzgün deyil, çünki bu, suveren dövlətdir. Rusiya haqqında deyə bilərəm ki, kiminsə Rusiyanı idarə etmək, onu özünə tabe etdirməklə bağlı cəhdləri heç vaxt olmayıb, olmayacaq da”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər