ATƏT-in baş katibi Azərbaycana gəlir

04.09.2018 16:01     Siyasi reaksiya     863

Gələn həftə, sentyabrın 11-də ATƏT-in baş katibi Tomas Qreminger  Azərbaycana səfər edəcək.

Bu haqda Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək.

“Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq”, - deyə o bildirib.

H.Hacıyev əlavə edib ki, səfər zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil.

Reaksiya.az

Şərhlər