Müdafiə Nazirliyi: Türkiyə-Rusiya İşçi qrupları Suriyadakı vəziyyəti müzakirə edib

“Türkiyə-Rusiya İşçi qrupları arasında Suriyadakı hadisələr və regional təhlükəsizlik məsələlərininin sonuncu müzakirəsi avqustun 31-dən sentyabrın 4-dək Ankarada keçirilib”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, işçi qrupları arasında görüşlər davam edəcək.

Xatırladaq ki, sentyabrın 4-də Rusiyanın döyüş təyyarələri Suriyanın İdlib bölgəsini bombalayıb. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Suriyanın şimalındakı vəziyyət barədə Ankaranı məlumatlandırdıqlarını deyib.

Qeyd edək ki, sentyabrın 7-də Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin görüşü olacaq. Toplantıda dövlət başçıları və hökumət başçısının Suriyadakı vəziyyəti müzakirə edəcəkləri nəzərdə tutulub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar