Məmmədyarov ABŞ-a getdi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-in mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər